Qoxu vǝ Dad Möcüzǝsi

Təkamül nəzəriyyəsi ilk olaraq 1800-cü illərin ortalarında çıxmışdır. O tarixdən bəri təkamül nəzəriyyəsinin tək bir dayaq nöqtəsi olmuşdur: Elmi öz iddiasına ortaq göstərmək. Bənzər canlıların bir-birlərindən təkamül mərhələləri ilə əlaqədar olması hekayələri həmişə bu xəyali dayağa bağlı olaraq inkişaf etdirilmişdir. Elmi təbliğatlar o qədər israrla və təkrarla dilə gətirilmişdir ki, elmdən uzaq çevrələr bir yana, elmi araşdıran insanlar belə bu saxtakarlığa düzgünlük payı verməyə başlamışlar. Məhz bu səbəblə, təkamül hekayələrində ümumiyyətlə rastlaşdıqlarınız, elmi dəlillər deyil, terminlərlə bəzədilmiş xəyali ssenarilərdir.

Ancaq bəzən elə mövzular olur ki, təkamülçülər üçün bir ssenari yaratmaq belə son dərəcə çətindir. Təkamülçülər, ruh, beyinin qəbul etmə gücü, yaddaş və duyğular kimi mövzularda xəyali mərhələ ortaya qoymayacaq qədər çarəsizdirlər. Çünki haqqında fərziyyə edə biləcəkləri fiziki dünyanın xaricində, yalnız yaradılışı elan edən metafizik bir ruhun varlığı ilə qarşı-qarşıyadır.

Məhz bu səbəblə, təkamülçü nəşrlərdə ümumiyyətlə bu tip mövzularda rastlaşa biləcəyiniz ən uzun şərh, "zamanla beyinin meydana gəldiyi və qəbul etməyə başladığı" və ya "zamanla burunun meydana gəldiyi və iyləməyə başladığı" şəklindədir. Bu cümlələri haqlı çıxaracaq elmi dəlil və ya tapıntı ilə qarşılaşmanız isə qeyri-mümkündür. Təkamülçülər də bu mövzuda heç bir izahları olmadığının şüurundadırlar. Bu səbəblə, xəyal güclərini istifadə edərək rahatlıqla fərziyyə edə biləcəkləri nöqtələri ön plana çıxarar; təkamül baxımdan açıqlaya bilmədiyi mövzuları isə əsla gündəmə gətirməzlər.

Necə ki, indiyə qədər araşdırdığımız mükəmməl qoxu sistemi və bu sistemi meydana gətirən hissələrin aralarındakı fövqəladə uyğunlaşma da darvinistlərin açıqlaya bilmədikləri mövzulardan biridir. Çünki bu böyük iyləmə mexanizmi ilə bizə sərgilənən; sonsuz bir Qüdrətin qüsursuz yaratma gücüdür. Bu bənzərsiz Yaradıcı, aləmlərin Rəbbi olan Allahdır. Mövzuyla maraqlanan bütün elmi tədqiqatlar, açıqlanan bütün dəlillər, sistemin bütün kompleksliyinə baxmayaraq sistemə hakim olan xətasızlıq bu həqiqəti açıq şəkildə elan edir.

Təkamülçülər də bu həqiqətin fərqindədirlər. Ancaq onların məqsədi, həqiqətləri gördükləri halda Allahın mütləq varlığını inkar etməkdir. Onsuz da yalanların və saxtakarlıqların arxasına düşərək xəyali hekayələr meydana gətirmənin başqa bir şərhi yoxdur. Məhz bu səbəblə, təkamül nəzəriyyəsi, həqiqətləri yalanlamaq üçün istifadə edilmiş; lakin var olan mexanizmlərin necə ortaya çıxacağı ilə bağlı tək bir sualı belə cavablandırmamış, tamamilə elmdən uzaq bir nəzəriyyədir. Bu hissədə, təkamül tərəfdarlarının dörd əllə yapışdıqları əsassız iddialara elmin verdiyi cavablardan bəhs ediləcək.


Təkamülçülərin İybilmə Haqqındakı Ssenariləri


Təkamülçü tədqiqatçılar tərəfindən hazırlanan yazılarda, ümumiyyətlə, iybilmə sisteminin mexanizmi ətraflı izah edilir, sonra da bunun təkamüllü inkişaf olduğu iddia edilir. Təkamülçülərin bu mövzudakı ortaq qənaətləri isə, iybilmə qabiliyyətinin digər duyğulardan əvvəl inkişaf etdiyi və tamamilə primitiv bir duyğu olduğu istiqamətindədir. Orqan və duyğular ehtiyac olduqca ortaya çıxmış və yenə ehtiyaclara görə inkişaf etmişlər. Heç bir elmi dayağı olmayan bu iddialar təkamülçü mənbələrdə bu şəkildə dilə gətirilir:

Xarici dünyanın hər təsadüfi təsiri, orqanizmlərdə müəyyən bir vəziyyət dəyişikliyinə gətirib çıxarar. (...) Hər səbəb bir nəticəyə, bir təsirə gətirib çıxarar və nəticəyə, istər-istəməz özünə yol açan səbəbə bağlı bir məlumat daxildir. Məhz təkamülün xəyal edilməsi belə çətin bir uyğunlaşma və rəy söyləmə qabiliyyətiylə, bioloji həqiqətin içindəki bu sadə məntiqi əlaqəni, vəziyyətə görə, yaradılmaların həyatda qala bilmə şanslarını artırmaq istiqamətində necə istifadə etdiyini görüb təəccüblənməmək olnmur.

Hər hansı bir dəlil, tapıntı, təcrübə və ya elmi mərhələlərin mövzu edilmədiyi bu tip ifadələr, təsadüf iddialarını haqlı çıxarmağa çalışmaqdan başqa bir məna daşımır. Qoxu duyğusunun ilk və "primitiv" duyğu olaraq qəbul edilməsi də bəhs etdiyimiz təkamülçü məntiqi əks etdirir. Bu iddia üçün tək səbəb, eşitmə və ya göz kimi digər orqanların çox daha ətraflı sistemlər olaraq qəbul edilməsi və beləliklə, təkamülün "sadədən aliyə" iddiasının dəstəkləyə bilməsidir. Darvinizmin müdafiəçiləri bəhs etdiyimiz fikirləri bu ifadələrlə dilə gətirirlər:

İybilmə duyğusu, heyvanlarda olduğu kimi, insanlar üçün də əhəmiyyətli bir hissiyatdır. Təkamüllü dünyagörüşüylə ən köhnə duyğulardan biridir.

İybilmə sistemi, erkən filogenetik inkişafı və beyinin köhnə, şüuraltı hissələri ilə əlaqələri səbəbiylə, çox vaxt ən ibtidai duyğu sistemi olaraq təyin olunur.

İybilmə hissi təkamül cəhətdən görmə və eşitmədən daha qədimdir. 

Burada bunu xatırlatmaqda fayda vardır: Bəhsi keçən ifadələrin sahibləri iyləmə mexanizminin bütün təfərrüatlarını yaxından tanıyan mütəxəssis kəslərdir. Sistemin kompleksliyini və mükəmməlliyini bilməmələri qeyri-mümkündür. Buna baxmayaraq, bu cür böyük bir quruluş üçün "primitiv" sözünü istifadə etməkdən çəkinmirlər. Çünki bir quruluşun primitiv olması, təsadüf iddialarını öz ağıllarına görə daha mümkün edər. Kompleks bir sistemin təsadüfən necə meydana gələ biləcəyini açıqlaya bilməzlər, amma sadə bir quruluş üçün təsadüfləri müdafiə etməyin daha inandırıcı olduğunu düşünürlər.


Yaxşı, təkamülçülər belə qəti bir mühakimədə olarkən, hansı elmi dəlillərə əsaslanırlar? Necə olur ki, "primitiv dünya" olaraq adlandırdıqları mühitdə "primitiv iybilmə duyğusu" təkamülləşmişdir? Məhz bu sualın cavabını araşdırsanız, alacağınız cavab belə olacaq:

İbtidai dünyanın qədim okeanlarında, üç milyard il əvvəl, tək hüceyrəli bir varlıq gündəlik işlərinə başlayarkən üzvi kimyəvi maddələr ifraz etdi. Kiçicik heyvan tərəfindən fərq edilmədən ifraz olunan kimyəvi maddələr bir iz buraxdı, bu bir yırtıcı heyvan tərəfindən hiss edildi. Yırtıcı heyvan hiss etdirmədən yaxınlaşdı, hücum etdi və bədbəxt ovunu mədəsinə endirdi. Və qoxu, uzun təkamül inkişafına başladı. İybilmə hissiyatı, Louisiana State Universiteti biologiya professoru John Caprio ifadə edir ki, başlanğıcda amin turşusu bənzəri suda həll olunan kimyəvi maddələri təsbit etmək üçün inkişaf etmişdi. Havadakı uçucu molekulları təsbit etmə qabiliyyəti orijinal mexanizmin bir adaptasiyasıdır.96

Əgər bu paraqraf, "biri varmış, bir yoxmuş" şəklində başlasaydı, heç kimin bu izah edilənlərə bir etirazı ola bilməzdi şübhəsiz. Lakin bəhs etdiyimiz paraqraf elmi olduğunu iddia edən təkamülçü bir nəşrdə yerləşdirilmişdir. Bu vəziyyət bir daha təkamülçülərin iddialarında hansı üsulları istifadə etdikləri və necə bir dünya görüşünə sahib olduqları haqqında fikir yaradır.

Bütün məntiqsizliyinə baxmayaraq, elm adına ortaya atılan bu iddiaları, elmi həqiqətlərlə çürütmək yerində olacaq. Təkamülçü tədqiqatçı olan Caprionun ifadə etmək istədiyi qısaca budur: Tək hüceyrəli canlılar fərqində olmadan ətrafa kimyəvi maddələr yaymış; yırtıcı bəzi heyvanlar da bu kimyəviləri qəbul etmiş və onları ovlamışlar. Haqqında danışdığımız nəzəriyyə son dərəcə məntiqsiz olmaqla yanaşı, qoxunun meydana gəlməsi ilə əlaqədar heç bir sualı cavablandırmır. Ovçu heyvanların tək hüceyrəli canlıları fərq etmələrini təmin edən duyğu orqanları haqqında heç bir məlumat verilmir. Tək hüceyrəlilərin düşmənlərinin qoxularını hiss etmələrinə və beləcə, həyatda qalmalarına imkan yaradan qoxu hissiyatlarının necə ortaya çıxdığı açıqlanmamışdır. Fövqəladə mükəmməllikdəki bu mexanizmin inşasında hansı "təkamül mexanizmləri" necə dövrəyə girmiş olduğu ifadə edilməmişdir.

Təkamülçülər bu təfərrüatlara çox girməzlər. Çünki izahları tək bir mexanizmə bağlıdır: Təsadüflər.

Təsadüflər, canlılardakı heç bir quruluşu meydana gətirə bilməzlər.


Yer üzünün hansı təfərrüatını araşdırırsanız araşdırın, böyük bir ağılın varlığı ilə qarşılaşarsınız. Bu vəziyyət tək və son dərəcə əhəmiyyətli bir həqiqəti elan edər: Yer üzündəki hər şeyi üstün ağıl sahibi olan Rəbbimiz yaratmışdır. Darvinistlərin iddiası isə, yaradıcı gücün yalnız təsadüflərə aid olmasıdır. Bir başqa ifadə ilə, nəzarətsiz, özbaşına və təsadüfi hadisələr öz-özlərinə inkişaf edərək, son dərəcə idarəli, həssas tarazlıqlara sahib, olduqca mürəkkəb bir canlılıq meydana gətirmişlər.


İybilmənin təkamülünü açıqlamağa çalışarkən darvinistlərin müraciət etdikləri yaradıcı güc, yenə təsadüflərdir. Canlı, təsadüfən iyləmə ehtiyacı hiss etmiş, bunun üçün təsadüfən lazımlı orqan meydana gəlmiş, bu orqanın quruluşunda təsadüfən müəyyən molekulyar qaydalara sahib zülallar meydana gələrkən, eyni anda da eyni molekulyar qaydalara sahib qoxu molekulları meydana gəlmişdir. Burundan beyinə duyğunu təmin edəcək fövqəladə kompleksliyə malik sinirlər yenə təsadüflər nəticəsində meydana gələrkən, bu duyğunu daşıyacaq elektrik siqnalları da təsadüfən üstlərinə düşən vəzifəni yerinə yetirməyə başlamışlar. Bəhs etdiyimiz elə nizamlı bir təsadüf silsiləsidir ki, təfərrüatlarını saya bilmədiyimiz bu mexanizm içində meydana gəlməli olan saysız təsadüfi hadisədən biri belə təsadüfi bir iş görməmişdir. Necə olmuşsa, hər nəzarətsiz müdaxilə sistemə bir yenilik qazandırmış, onu mükəmmələ doğru aparmışdır. Təkamülçülər bu təsadüfi hadisələrin mükəmməl işlədiyini iddia etmək məcburiyyətindədirlər. Çünki kompleks sistemin sahib olduğu tək bir hissədə, tək bir incə təfərrüatda əgər bir səhv meydana gələrsə, hər şey yenə əvvələ qayıdacaq, sistem tamamilə alt-üst olacaq. Bu səbəbdən, təkamülə görə bütün hadisələr hər nə qədər idarəsiz və özbaşına olsalar da, xətasızdırlar.

Bəhs etdiyimiz təsadüfi hadisələr isə, əsil mənası ilə təsadüfi mutasiyalardır. Mutasiyalar canlının genlərində radiasiya kimi güclü xarici təsirlər nəticəsində meydana gələn struktur dəyişikliklərə verilən addır. Bu dəyişikliklər isə, idarə edilmədiyi müddətcə böyük bir təhlükədir. Necə ki, zəmanəmizdə elm, mutasiyaların mütləq təsirinin canlının molekulyar quruluşuna zərər verici olduğunu isbat etmişdir. Meydana gələn mutasiyalar 99% zərərli, 1% isə təsirsizdir. Bu səbəbdən, mutasiyalar, bir canlı orqanizmdəki mükəmməl dizaynda meydana gələn qopma və pozulmalardan başqa bir şey deyil. Təsiri, fövqəladə bir nizam və dizayn ilə inşa edilmiş bir şəhərdə meydana gələn zəlzələdən fərqlənmir. Qaldı ki, canlı orqanizm, incə hesablarla inşa edilmiş əhatəli bir şəhərdən çox daha kompleks və qüsursuz bir quruluşa sahibdir.

Bu vəziyyətdə mutasiyaların canlıda bir yenilik meydana gətirməsi qeyri-mümkündür. Elm adamları artıq dövrümüzdə bu açıq həqiqəti qəbul edir və mutasiyaların heç bir təkamül təsirinin ola bilməyəcəyini bildirirlər. Bitki fiziologiyası professoru Michael Pitman bu mövzuda bunları söyləyir:

Bizlər indiyə qədər mutasiyaların yeni bir funksional quruluş meydana gətirə bilmək üçün çalışdığını gördükmü? Yaranan bir orqanın meydana gəlmə mərhələləri heç bir zaman müşahidə edilməmişdir, halbuki orqanların funksiyasız başlanğıc halları təkamül nəzəriyyəsi üçün bir təməl təşkil edir. Bunların bəzilərinin indiki vaxtda görünməsi lazım idi, orqanizmlərdə müxtəlif mərhələlərdən başlayaraq funksional yeni bir sistem meydana gətirənə qədər bu mərhələlər müşahidə olunmalı idi. Amma biz bunları görmürük. Bu cür əsaslı bir yenilik üçün heç bir əlamət yoxdur. Nə müşahidələr, nə də idarəli təcrübələr təbii seleksiyanın yeni bir gen, hormon, ferment, sistem və ya orqan meydana gətirmək üçün mutasiyaları istifadə etdiyini göstəməmişdir.

Darvinin təbii seleksiya iddialarına mutasiya anlayışını ilk olaraq əlavə neo-darvinistlərin ən tanınmışlarından Julian Huxley belə mutasiyaların təsirsizlik həqiqətini etiraf edir.

Aydındır ki, belə bir əməliyyat (növlərin mutasiyalar yolu ilə dəyişməyə məruz qalması) təkamüldə heç bir rol oynamır.

Bu açıq həqiqətə baxmayaraq, təkamülçülər hər növdə quruluşun və funksiyanın xəyali meydana gəlməsini izah edə bilmək üçün mutasiyaları qurtarıcı olaraq görərlər. Təsiri mütləq surətdə zərərli olmasına baxmayaraq, öz iddialarını inandırıcı göstərə bilmək üçün quruluşların "sadə" xüsusiyyətlərə sahib olduğunu iddia edirlər. Təkamülçülərin iylbilmə sistemini "primitiv" olaraq adlandırmaqdakı təkidlərinin səbəbi də budur. Özlərinə görə, "primitiv" bir sistemi, təsadüflərlə rahatlıqla açıqlaya biləcəklərini düşünürlər. Halbuki, bu müşahidə son dərəcə mənasızdır. Sistem "primitiv" belə olsa bir nizam ehtiva edir. Təsadüflərin nizam meydana gətirmələri isə qeyri-mümkündür. Bundan əlavə, Allahın yaratdığı bu böyük kainatda "primitiv" olaraq adlandırılan tək bir təfərrüat yoxdur.

Əvvəlki hissələrdə ətraflı izah etdiyimiz iylbilmə sistemi isə, təkamülçülərin iddialarının əksinə, içində olduqca həssas tarazlıqlar və qüsursuz mexanizmlər ehtiva edən son dərəcə kompleks bir quruluşdur. Necə ki, iybilmə sistemi ilə əlaqədar elmi tədqiqatların ortaya çıxardığı nəticə də açıqdır: "Primitiv duyğu" deyə bir şey mümkün deyil, tam əksinə bütün tapıntılar son dərəcə kompleks bir quruluşun varlığını göstərir. Minlərlə elm adamı uzun illərdir iybilmə mexanizmini açmağa çalışmışlar; buna baxmayaraq sistem ancaq ümumi xətləriylə başa düşülüb. Sistemin təfərrüatları üzərindəki məlumatlar təxmin və nəzəriyyələrdən ibarət qalmışdır. Bu mövzuda söz sahibi mütəxəssislərdən biri Medikal İnstitutundan professor Linda Buckdır. Buckın mövzuyla əlaqədar izahı belədir:

İybilmə ehtimalla bütün duyğuların ən həssası və ən kompleksidir, həmçinin açıqlanması elm adamları üçün ən çaşdırıcı olandır.

Stuttgart-Hohenheim Universitetindən Heinz Breer iybilmə duyğusu sahəsindəki işləriylə Almaniyanın ən böyük elm mükafatı olan "Leibnitz Preis”i almışdır. Professor Breer də iybilmə duyğusunun əhəmiyyətini bu şəkildə açıqlayır:

İybilmə, havadakı bir çox molekulu böyük düzgünlük və həssaslıqla ayırd etmə və tanıma qabiliyyəti, ən diqqət çəkici, lakin ən az anlaşılan duyğulardan birisidir.

Təkamülçülərin iybilmə kimi kompleks bir mexanizmi primitiv olaraq adlandırma səyləri, əslində qarşılarında açıq şəkildə dayanan həqiqəti inkar etmə üsullarından biridir. Onlar da açıq şəkildə şahiddirlər ki, iybilmə mekanizmasındakı üstün dizayn sonsuz ağıl və elm sahibi olan Allaha aiddir. Allahın müəyyən bir nizam və ölçüylə yaratması və varlıqların yalnız Ona aid olduğu Quranda belə açıqlanır:

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. Kafirlər isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər.(Furqan surəsi, 2-3)


Təkamülçülərin Məhv Olan Xəyalları


Təkamülçülər, zamanla iybilmə mexanizminin quruluşunun inkişafını önə sürərlərkən, bir tərəfdən də "insanın saxta təkamülündə" iybilmənin zaman içində digər duyğulara görə əhəmiyyətinin azaldığını iddia edərlər. Bu iddia, 5 duyğu arasında mərhələli bir inkişaf olduğu görünüşünü verə bilmək üçün təkamülçülərin istifadə etdikləri bir başqa yalandır. Buna görə, zamanla "təkamülləşən" canlı, get-gedə daha inkişaf etmiş duyğulara sahib olmuşdur. Ancaq bu iddialarına heç bir elmi dəlil verə bilməzlər və bu iddialarını xəyali ssenarilərlə və elmi terminlərlə bəzəyərək inandırıcı göstərməyə çalışarlar.

Əvvəlcə bu həqiqəti açıqlamaqda fayda vardır. Yalnız fərziyyələrə əsaslanan insanın təkamülü ssenarisinin təkamülçülər tərəfindən ən çox istifadə edilən vəsaiti rekonstruksiyalardır. Rekonstruksiyalar, müxtəlif dövrlərdə yaşamış və nəsli tükənmiş meymun kəllə sümüklərinə əsaslanaraq düzəldilən heykəllər, rəsmlər və şəkillərdir. Təkamülçülər kəllə sümüklərinə müxtəlif üz şəkilləri verərkən, bir zamanlar "meymun adamların" yaşadığına insanları inandırmağı çalışmışlar. Meymun kəllə sümüklərinə insan üzü verə bilər, bir neçə təfərrüatını meymun olaraq buraxa bilərlər. Bir meymunu insana bənzədə bilmələrinin sirri isə, kəllə üzərinə yerləşdirəcəkləri yumşaq toxumalara istədikləri şəkli verə bilmələrindən qaynaqlanır. Çünki üz sümükləri və kəllə; ağzı, burnu, gözləri meydana gətirən yumşaq toxumaları ifadə edən hər hansı bir xüsusiyyət daşımaz. Bu səbəbdən, bir meymun üzü bu üsulla rahatlıqla insana bənzər göstərilə bilər. Məhz bu səbəblə, təkamülçü mənbələr tamamilə yarı-meymun yarı-insan şəkillərlə, bu məqsədlə hazırlanmış heykəllərin şəkilləriylə doludur.


Evrimcilerin tasarladıkları hayali rekonstrüksiyonlarda burun özellikle büyük ve geniş olarak gösterilir.

Diqqətinizi çəkmişdir, bilərək edilən bəhs etdiyimiz xəyali rekonstruksiyonlarda ümumiyyətlə, burunlar böyük və geniş olaraq dizayn edilir. Bu səbəbdən, meymundan insana xəyali keçişdə də, qəsdən böyük və geniş olaraq çəkilən burunların zamanla kiçilməsi və indiki insan burnu görünüşünü alması lazımdır. Məhz bu səbəblə, təkamülçülər zamanla kiçilən bir burnun, zamanla funksiyasının azalmış olduğu nəticəsinə gələrlər və bu mükəmməl orqanın bütün kompleks və üstün xüsusiyyətlərini açıq şəkildə inkar edərlər.

Əslində belə bir ziddiyyət təkamülçülərin içində olduğu çarəsizliyin də bir işarəsidir. İlk olaraq, bu iddia, təkamülçülərin "ibtidaidən aliyə" doğru irəliləyən xəyali proseslərinə tamamilə tərs gəlir. Aliyə doğru təkamül tərsinə dönmüş, hər necəsə mükəmməldən primitivə doğru bir geriləmə qeydə alınmışdır. Bir başqa ifadəylə, təsadüflər bu dəfə başqa duyğulara daha çox ehtiyacımız olacağını düşünmüşlər və buruna aid bəzi xüsusiyyətlərin gərəksiz olduğuna qərar vermişlər. Bəhs etdiyimiz hekayəyə inanmaq, bu məntiqsiz iddiaya da inanmaq deməkdir.

Bütün bunlarla yanaşı, burunun kompleksliyinin zaman ərzində azaldığı iddiası da heç bir dəlili olmayan şərhdən ibarətdir. Bu şərhin nə qədər ağıl və elmdən kənar olduğu da son illərdə açıq şəkildə aydın olmuşdur. Yaşadığımız XXl əsrdəki bütün elmi kəşflər və tədqiqatlar, burunun və iybilmə sisteminin fövqəladə kompleks quruluşunun varlığını ortaya qoymuş; bu səbəbdən, təkamülçülər baxımından böyük bir xəyal qırıqlığı olmuşdur. Yeni elmi inkişafların təkamülçülərin xəyallarını məhv etməyə davam edəcəyi də açıqdır.

Bir Mütəxəssisin Açıqlamaları


Təkamülçülərin digər duyğulara görə "primitiv" olaraq təyin etməyə çalışdıqları və mexanizmini təsadüflərlə asanlıqla açıqlaya biləcəklərini iddia etdikləri iybilmə duyğusu, bir çox bilinməyən yönü ilə müasir elm adamları üçün hələ son dərəcə kompleks və incəlikləri aydın ola bilməyən bir mexanizmdir. Bu mövzuda aparılan tədqiqatlar və elm adamlarının şərhləri, bu həqiqəti açıq şəkildə ortaya çıxarır. Bu mövzuda verilən nümunələrdən biri, qoxu duyğusu üzərində gördüyü işlərlə tanınan və eyni zamanda bu sahədə nüfuz sahibi olaraq qəbul edilən elm adamı Stuart Firesteindır. Professor Firestein, Life Sciences ensklopediyasındakı 2000-ci il dekabr tarixli və "qoxu reseptor neyronları" başlıqlı məqaləsində bu mövzudakı son inkişafları dilə gətirir. Bəhsi keçən məqalə, qoxu haqqındakı bilinməyənlərin də ifadə edilməsi baxımından olduqca mənalıdır.

Kolumbiya Universitetindən professor Firesteinin etiraf xüsusiyyətindəki şərhlərindən bəziləri bu şəkildədir:

Fərqli qoxular necə ayırd edilir? Bu, qoxu elmindəki çaşdırıcı suallardan biri olaraq qalır.

Bir neçə yüz neyronun aksonları, ələk müstəvi arasından qoxu soğancığına girərkən bir araya toplanırlar. Aksonlar soğancığa girdiklərində, hələ bilinməyən mexanizmlərlə, qlomerulus olaraq bilinən quruluşların içindəki xüsusi hədəflərə doğru öz yollarını taparlar.

Bir qoxu alıcı neyronun min reseptordan hansını istifadə edəcəyinə necə qərar verdiyi bilinmir.

Hər aksonun, soğancıqdakı 1800 qlomerulusdan doğru olan bir və ya ikisinə qəti bir şəkildə necə yolunu tapdığı böyük ölçüdə bilinmir.

Soğancıqda bir neçə əməliyyat layı daha vardır; dövrələri ana xətləriylə bilinir, təfərrüatları isə təyin edilməyi gözləyir.

Qarşılıqlı sinapslar şəbəkəsinin, soğancığın ətrafında bir növ əngəlləyici yol meydana gətirdiyi düşünülür, lakin funksiyası açıq şəkildə sübut edilməlidir.

Qoxu ünsiyyətinin üst səviyyədəki (beyindəki) əməliyyatına bağlı çox az şey məlumdur.

Bir bazal hüceyrəni, hüceyrə bölünməsinə və fərqli bir yola girməyə sövq edən xüsusi molekulyar hadisələr bilinir.

Bu sahədə əhəmiyyətli miqdarda iş görülməyi gözləyir.

Hər vəziyyətdə olmasa da bir çox hadisədə qoxu duyğusu təkrar qazanıla bilir. Tam olaraq aydınlaşmamasına baxmayaraq, bu yaxşılaşma görünüşə görə, bazal hüceyrə sayının sağlamlığından və neyronlardakı ziyanın dərəcəsindən və növündən asılıdır.

Hər bir reseptor geninin dörd bölgədən yalnız birində yer aldığı müşahidə edilmişdir ... Bölgələr üzrə təşkilatın funksional əhəmiyyəti qaranlıq qalır.

Reseptorların kimyəvi və ya quruluşca qohum olduqları molekulyar xəbərçiləri tanımaları mümkün olmaları ilə yanaşı, bu əlaqə hələ isbat edilməmişdir.

Bütün bu ifadələrdən çıxarılacaq tək bir məna vardır: dövrümüzün inkişaf etmiş elm səviyyəsində belə qoxu duyğusu haqqında bilinənlər olduqca azdır; bilinənlərin əhəmiyyətli bir hissəsi də hələ nəzəriyyə mərhələsindədir. Bütün imkanların səfərbər edilməsinə və bütün səylərə baxmayaraq gəlinən nəticə budur. Ancaq bilinən açıq-aşkar bir həqiqət vardır ki, o da iybilmə sisteminin xariqüladə quruluşudur. Necə ki, Stuart Firestein də qələmə aldığı məqalənin xülasə hissəsində, buna belə diqqət çəkər:

Onurğalıların iybilmə sistemi müxtəlif və bir çox qoxulu kimyəvi maddəni tanıyacaq qabiliyyətdədir ki, onu planetin ən təsirli kimyəvi qəbuledicisi edər.

O halda ortadakı həqiqət budur: İybilmə sistemi son dərəcə kompleks bir quruluşdur və bu cür fövqəladə bir mexanizm şans, mutasiya və ya təbii seleksiya kimi içi boş anlayışlarla qətiyyən açıqlana bilməz. Qoxu hissiyatının qüsursuzluğu, onu var edən sonsuz elm və qüdrət sahibi olan Allahın qüsursuz yaratmasının işarələrindən biridir.

İylbilmənin Sadələşdirilməz Kompleksliyi


Leigh Universiteti professorlarından Michael Behenin dövrümüzdə ortaya qoyduğu bir həqiqət, elmin canlı orqanizmlərdəki "sadələşdirilməz kompleksliyi" ortaya çıxardığı həqiqətidir. Buna görə, ən böyüyündən ən kiçiyinə qədər bütün sistemlər son dərəcə əhatəli bir kompleksliyə sahibdirlər və bu sistemlər içində tək bir hissənin belə əksilə bilməyəcəyi bir nizam vardır. Daha açıq izah etmək lazım olsa, bir orqanın funksiyasını yerinə yetirə bilməsi üçün o orqanı meydana gətirən hissələrdən tək birinin belə kənar qalmaması lazımdır. Əks təqdirdə orqan funksiyasını yerinə yetirə bilməz.

Bu elmi həqiqət, əslində təkamül nəzəriyyəsinin iddialarını tamamilə qüvvədən salar. Çünki sadələşdirilməz komplekslik, təkamülçülərin iddia etdikləri mərhələ-mərhələ inkişafı qeyri-mümkün hala gətirir. Məsələn, bir yerə gələrək bir gözü təşkil edən 40 hissənin mərhələlərlə tək-tək meydana gəlmələri mümkün deyil. Çünki 40 hissə tamamlanmadan orqan funksiyasızdır. Yenə təkamülə görə funksiyasız bir orqan "təbii seleksiyaya" uğrayaraq yox olmalıdır.

Bu şərtlər altında təkamülçülər üçün digər kompleks orqanlarla əlaqədar olaraq da eyni problem baş qaldırır. Necə ki, sahib olduğu üstün mexanizmi indiyə qədər təfərrüatlarıyla izah etdiyimiz iybilmə sistemi də sadələşdirilməz kompleksliyə malikdir. İyləyə bilmək üçün, tükcüklərin, reseptorların, qoxu alıcı hüceyrələrin, qoxu sinirlərinin, ağrı alıcı sinirlərin, qoxu soğancığının, mukus sekresiyasının, bazal hüceyrələrin, xüsusi zülal və fermentlər və daha bir çox təfərrüatın əskiksiz şəkildə bir yerdə olması lazımdır. Ancaq bütün bu təfərrüatlar bir yerə gəlsə də əslində sistem tam olaraq tamamlanmamışdır. Burunun aldığı qoxunu "qəbul etməsi" şərtdir. Məhz bu səbəblə, "kainatdakı ən böyük sirlərdən biri" olaraq təyin olunan insan beyninin varlığı lazımdır. Bütün bu hissələr bir yerdə olmadan bu kompleks sistem heç bir məna ifadə etmir.

Heç bir şəkildə sadələşdirilməyən belə bir sistemdə hər hansı bir təkamül prosesinin reallaşmış olması mümkün deyil. Qoxu alıcı hüceyrələr, qoxu reseptorları və tükcüklər olmasa bir mənası olmayacaq. Sinirlər olmadan alınan qoxu, qəbul etmə mərkəzinə çatdırılmayacaqdır. Ayrı-ayrı mərhələlərdə bir-birlərindən asılı hərəkət edən bu zəncirvari sistemdə tək bir halqa dövrədən kənar qalsa, beyində qoxu meydana gəlməyəcək. Bu səbəbdən, bu sistemin meydana gəlməsi ancaq tək bir anda, bütün hissələri ilə əskiksiz olaraq reallaşmalıdır. İstər bir qoxunu, istərsə on min qoxunu qəbul etmək üçün, yuxarıda sayılan bütün ünsürlərin hamısı bir yerdə olmalıdır və bir-birləriylə uyğunlaşma içində işləməlidir. Bu da açıq bir həqiqətə işarə edər: Kainatdakı hər şey kimi bu mexanizmi də, bütün bənzərsiz xüsusiyyətləri ilə Allah yaratmışdır. Darvinistlərin bütün məntiqsizliyinə baxmayaraq mərhələli təkamül mövzusundakı təkidləri, bu əhəmiyyətli həqiqəti qəbul etmək istəmədiklərindən qaynaqlanır. Bütün canlıları sahib olduqları kompleks sistemlərlə birlikdə var edən bir Yaradıcı olduğunu qəbul etmədikləri müddətcə də, içinə düşdükləri labirintdən xilas olmaları mümkün deyil.

Halbuki, Allahın insanlara bildirdiyi həqiqət, son dərəcə açıqdır. Allah, yaratdığı bənzərsiz gözəlliklər və bənzərsiz dizayn ilə insanlara mütləq varlığını göstərir. Öz nəzəriyyələrini haqlı çıxaracaq heç bir dəlilə sahib olmamalarına baxmayaraq, təkamülçülərin bu həqiqətə qarşı mübarizə aparmaları isə, şübhəsiz dünya həyatındakı sınağın zəruriyyətidir. Allah dünya həyatını, Səba surəsinin 21-ci ayəsində bildirdiyi kimi"... axirətə inananla ona şəkk edəni ayırd etmək ..." üçün yaratmışdır. Axirətə inanmamaqda müqavimət göstərənlər, Allahın üstün yaratmasını inkar edə bilmək üçün yalanlar uydurmağa davam edəcək, Allahın mütləq varlığına inananlar isə, gördüyü gözəlliklərdən ən böyük zövqü alaraq cənnətdə özlərinə yer hazırlayırlar. Əlbəttə, ən böyük qurtuluş budur. Quranda belə buyurulur:


Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir. (Büruc surəsi, 11)


 << Geri