Qoxu vǝ Dad Möcüzǝsi


Qoxu vǝ Dad Möcüzǝsi

Həyatınız boyunca iylədiyiniz gözəl qoxuları yaddaşınızda canlandırmağa çalışın. Ağlınıza bir çox qoxu gələcəkdir: Güllər, qərənfillər, yasəmənlər, jasminlər, lavandalar, otlar və dəyişik bitkilərin bahar aylarında ətrafa yaydıqları heyrətamiz qoxular; çiçək açmış portağal, naringi və limon ağaclarının ətrafa yayılan qoxuları; müxtəlif ətirlərin təsiredici qoxuları; müxtəlif ədviyyatların ətirli qoxuları; səhər qalxdığınızda, hələ bir şey yeyib içməmişkən mətbəxdən gələn təzə və ya qızarmış çörək, pomidor, yumurta, zeytun, çay, qəhvə və ya südün cazibədar qoxuları, manqalda bişən bir ətin qoxusu, ya da bir sabunun tərtəmiz qoxusu ...

ardını oxu...


İybilmə Sistemindəki Dizayn

Gördüyümüz, ya da duyduğumuz şeyləri təsvir etmək bizim üçün olduqca asandır. Buna baxmayaraq, çox vaxt qəbul etdiyimiz qoxunu adlandırmaqda çətinlik çəkərik. Onu başqa bir qoxuya bənzədərək təsvir etməyə çalışarıq. Ümumiyyətlə də, onun bizdə oyandırdığı hissləri ifadə edərik. Bəyəndiyimiz qoxuları xoş və ya gözəl; bəyənmədiklərimizi isə pis və ya narahatedici kimi sifətlərlə xarakterizə edərik. Bunun səbəbi, gündəlik həyatda qarşılaşdığımız bir çox qoxunun xüsusi bir adının olmamasıdır.

ardını oxu...


Sistemin İçindəki Mexanizmlər

imyəvi maddələrin yalnız qoxu və dad duyğuları ilə qəbul edildiyi zənn edilər. Halbuki, bu doğru deyil. Çünki bunların xaricində bilinən ən az iki sistem daha vardır: Ağrı alıcı sinirlər və "vomeronazal" orqan.
Ağrı alıcı sinir ucları, qoxu bölgəsi də daxil olmaq üzrə burun boşluğuna dağılmış vəziyyətdədir; təzyiq, ağrı, istilik və soyuqluq hisslərinə səbəb olan xəbərdarlıqlara reaksiya verirlər. Misal olaraq, ammonyak qazının iti və yandırıcı təsirə səbəb olan siqnalları, məhz bu sinirlər tərəfindən beyinə daşınar.

ardını oxu...


Qoxu və İybilmə Duyğusunun Düşündürdükləri



Həyatımızın hər anında fərqli qoxularla təmasda oluruq. Hətta "qoxular dünyası" nda yaşadığımız deyilə bilər. Ətrafımızdakı çiçəklərdən, ağaclardan, qidalardan, heyvanlardan, sənaye məhsullarından, bakteriyaların səbəb olduğu formalardan və digər insanlardan qaynaqlanan qoxular bizi hər tərəfdən əhatə edir.

Minlərlə növdən ibarət olan qoxular dünyasına baxdığımızda, olduqca diqqət çəkici və maraqlı bir nöqtə gözə çarpar. Zövqlərimiz ilə qoxular arasında çox əhəmiyyətli bir tarazlıq və uyğunlaşma vardır. Qısacası, bizə faydalı olan maddələrin qoxuları xoşumuza gələr, bizə zərərli olanlar isə qoxularıyla bizi uzaqlaşdırarlar.

ardını oxu...


Təkamülçülər İybilmənin Mənşəyini Açıqlaya Bilməzlər

Təkamül nəzəriyyəsi ilk olaraq 1800-cü illərin ortalarında çıxmışdır. O tarixdən bəri təkamül nəzəriyyəsinin tək bir dayaq nöqtəsi olmuşdur: Elmi öz iddiasına ortaq göstərmək. Bənzər canlıların bir-birlərindən təkamül mərhələləri ilə əlaqədar olması hekayələri həmişə bu xəyali dayağa bağlı olaraq inkişaf etdirilmişdir. Elmi təbliğatlar o qədər israrla və təkrarla dilə gətirilmişdir ki, elmdən uzaq çevrələr bir yana, elmi araşdıran insanlar belə bu saxtakarlığa düzgünlük payı verməyə başlamışlar. Məhz bu səbəblə, təkamül hekayələrində ümumiyyətlə rastlaşdıqlarınız, elmi dəlillər deyil, terminlərlə bəzədilmiş xəyali ssenarilərdir.

 ardını oxu... 

Heyvanlardakı Qoxu Hissiyatları

İnsanlar ilə heyvanların, burunlarından istifadə məqsədləri fərqlidir. Heyvanlar aləmindəki canlılar, iybilmə orqanlarını ümumiyyətlə yemək axtarmaq, ovlamaq, öz aralarında xəbərləşmək, istiqamət tapmaq, qarşı cinslərinin, balalarının yerini təyin etmək üçün istifadə edərlər. Quşlar, məməlilər, sürünənlər, balıqlar, böcəklər və digər heyvanlar yaşadıqları mühitlərə ən uyğun iybilmə sistemləriylə təchiz edilmişlər.

 ardını oxu... 


İybilmə Texnologiyası

Duyğu orqanlarınızın, ətrafınızda baş verən təhlükələrə qarşı hər an sizləri xəbərdar etdiyini heç düşündünüzmü? Məsələn, küçədə qarşıdan qarşıya keçərkən sizə doğru sürətlə yaxınlaşan bir avtomobilin siqnal səsini eşidirsiniz; baxışlarınızı dərhal səsin gəldiyi istiqamətə çevirir və hansı tərəfə getməli olduğunuza qərar verirsiniz; beləcə, bəlkə də ölümlə nəticələnən qəzadan xilas olarsınız. Ancaq bəzi təhlükələr vardır ki, bu iki duyğunun əhatəsindn kənar qalar.

 ardını oxu... 


Dadbilmə Sistemindəki Möhtəşəm Dizayn

İnsan bədəninin zəruri funksiyalarının davam edə bilməsi üçün yeməyə və içməyə ehtiyacı vardır. Beləcə, trilyonlarca hüceyrəmizdə əməliyyatlar üçün lazımlı enerjini təmin edirik. Yemək yeyərkən, əslində sağlamlığımıza birbaşa təsir edəcək qərarları da alırıq. 

 ardını oxu...