Qoxu vǝ Dad Möcüzǝsi

Kimyəvi maddələrin yalnız qoxu və dad duyğuları ilə qəbul edildiyi zənn edilər. Halbuki, bu doğru deyil. Çünki bunların xaricində bilinən ən az iki sistem daha vardır: Ağrı alıcı sinirlər və "vomeronazal" orqan.

Ağrı alıcı sinir ucları, qoxu bölgəsi də daxil olmaq üzrə burun boşluğuna dağılmış vəziyyətdədir; təzyiq, ağrı, istilik və soyuqluq hisslərinə səbəb olan xəbərdarlıqlara reaksiya verirlər. Misal olaraq, ammonyak qazının iti və yandırıcı təsirə səbəb olan siqnalları, məhz bu sinirlər tərəfindən beyinə daşınar. Burnumuzdakı ağrı alıcı sinirlər olmasaydı, sağlamlığımız üçün zərərli bəzi qazları fərq edə bilməyəcəkdik. Belə bir vəziyyət də ehtimalla mənfi hadisələrə səbəb olacaqdı. Haqqında danışdığımız dizayn sayəsində xəstələnmə, yaralanma və ya ölümlə nəticələnə biləcək vəziyyətlər aradan qaldırılır.

Bu sinirlərin, qoxu reseptorı ilə müqayisədə həssaslığının daha az olduğu; bununla yanaşı qoxu duyğusunu tamamlayıcı əhəmiyyətli bir rol oynadığı düşünülür.46 Nanənin normal nisbətlərdə sərin, yüksək konsentrasiyası isə isti təsir meydana gətirdiyi bilinir. Məhz bu fərqi anlamamızı təmin edən ağrı alıcı sinir uclarındakı xüsusi dizayndır.

Bəzi qoxu dənəcikləri qoxu bölgəsində bir təsir meydana gətirməzlər. Bu xüsusi kimyəvi siqnallar feromon olaraq adlandırılır. Burunda, feromonları aşkar etmək üçün yaradılmış xüsusi bir orqan var. Vomeronazal orqan (VNO) adlı bu quruluş təxminən 1 mm uzunluğunda boru şəklindədir; burunun iç qismində, iki burun dəliyini ayıran qığırdağın üstündə yerləşir. Qısacası, bu orqan fərqli bir duyğu orqanıdır. Başlıca vəzifəsi feromonların daşıdığı mesajları qəbul etmək; beyinin anlayacağı formaya çevirmək; xüsusi sinirlər vasitəsilə da birbaşa beyinin əlaqədar hissələrinə çatdırmaqdır. Bəhsi keçən orqanın insanlardakı iş sistemi hələ də tam mənasıyla bilinmir və elm adamları arasında mübahisə mövzusudur.

Vomeronazal orqanın bəzi böcəklər və heyvanlar üçün zəruri bir əhəmiyyəti olduğu ortaya çıxmışdır. Nümunə olaraq, VNO-su zərər görmüş ilanların sosial, çoxalma və ovlama fəaliyyətlərinin pozulduğu təsbit edilmişdir. VNO-su əməliyyatla alınmış, cinsi təcrübəsi olmayan siçanların da digər orqanlarının əskiksiz işləməsinə baxmayaraq, cütləşmədikləri müşahidə edilmişdir.

Burnumuzdakı qoxu bölgəsində bilinməyən mexanizmlərin mövcud olduğuna qəti olaraq inanılır. Məsələn, rəng ilə qoxu həssaslığı arasındakı əlaqəyə nəzər salaq. Bu bölgənin rəngi insanlarda açıq sarı, itlərdə isə qəhvəyi rəngdir. Rəng ünsürünün iybilmə gücünə təsir etdiyi düşünülür; ancaq arada necə bir əlaqə olduğu aydın olmamışdır.

Bu da bir həqiqətdir ki, hər yeni elmi tədqiqat, burnumuzdaki yaradılış möcüzələrini daha yaxşı tanımağımızı təmin edəcək; bəlkə hələ də bilinməyən mükəmməl sistemləri açıqlığa qovuşduracaq. Həmçinin onları yaradan sonsuz şəfqət və mərhəmət sahibi Rəbbimizə qarşı gərəyi kimi şükür etməyimizə yeni bir vəsilə olacaq.


Adaptasiya Mexanizmləri


Hal-hazırda bu sətirləri oxuyarkən, dərinizlə davamlı təmas halında olmalarına baxmayaraq paltarlarınızı hiss etmirsiniz. Məsələn, geydiyiniz ilk anda paltarınızın dərinizdəki təmasını hiss edərsiniz, ancaq qısa bir müddət sonra bu hiss itər. Çünki dərinizdəki alıcılar müəyyən bir müddət sonra beyninizə siqnal göndərməyi dayandırırlar. Bu möhtəşəm sistem olmasaydı; geyinmək kimi adi bir hadisə belə dözülməz bir hal alardı. Həmçinin, paltarların diqqətinizi dağıtması səbəbiylə, digər siqnalları anlaya bilməzdiz. Qısacası, həyatınız çox çətinləşər, heç bir şey edə bilməzdiniz.

İybilmə duyğusu üçün də bənzər bir vəziyyət vardır. Yemək qoxularının sıx olduğu bir restorana daxil olanda, bu qoxuları dərhal hiss edirsiniz. Aradan qısa bir müddət keçdikdən sonra isə mühitdəki ağır qoxuları fərq etməzsiniz. Halbuki, qoxu miqdarında hər hansı bir azalma olmamışdır. Ancaq siz restarandakı qoxuya öyrəşmisiniz. Qoxunun dəyişməməsinə baxmayaraq qoxuya qarşı həssaslığın dəyişməsinə səbəb olan, adaptasiya deyilən xüsusi bir mexanizmin dövrəyə girməsidir.

Bu mexanizmin nə qədər əhəmiyyətli olduğunu belə ifadə edə bilərik: Sıx qoxuların olduğu bir mühitdə işçiləri, məsələn, bəhsi keçən restoranın mətbəxindəki aşbazlara nəzər salaq. Əgər aşbazların mühitin qoxusuna qarşı həssaslığı azalmasaydı; belə bir vəziyyət olduqca əziyyət verici olardı. Eyni zamanda, məşğul vəziyyətdəki qoxu alıcıları mətbəxdəki bir təhlükəni, məsələn, qaz axınının qoxusunu hiss etməyə bilərdi.

Bu sahədəki tədqiqatlarıyla tanınan Frank Zufall, qoxu adaptasiyasının kompleks mexanizmlər ehtiva etdiyini bildirir.50 Belə ki, molekulyar səviyyədəki kompleks əməliyyatların təfərrüatları hələ həll edilə bilməmişdir. Qoxu alıcı hüceyrələrdə ən az üç fərqli adaptasiya mexanizmi olduğu düşünülür. Əlavə olaraq, beyində də duyğu orqanlarından gələn məlumatları nəzərdən keçirən, çatdıran və ya dayandıran mərkəzlər olduğu qəbul edilir.

Yaxşı, karbon, azot, oksigen kimi atomlardan meydana gəlmiş iybilmə və beyin hüceyrələri incəlikləri hələ aydın ola bilməyən adaptasiya sistemini necə meydana gətirmiş və inkişaf etdirmiş ola bilərlər? Şüursuz hüceyrələr hansı məlumatın prosesə qoyulacağına, hansının qoyulmayacağına necə qərar verə bilərlər? Nə zaman dövrəyə girmələri, nə zaman dövrə xarici qalmaları lazım olduğunu necə bilə bilərik? Sizin müdaxilənin xaricində, sizin adınıza ən doğrusunu necə edə bilərlər?

Düşünən insanlar üçün sualların cavabı açıqdır: İybilmədəki bu adaptasiya sistemi, kainatın hər nöqtəsində görülən üstün dizayn, qüsursuz plan və mükəmməl tənzimləmənin sərhədsiz nümunələrindən biridir. Və heç şübhəsiz bu cür böyük bir nizamda, şansa qətiyyən yer yoxdur. Orqanizmimizdəki bu qüsursuz sistemlərin hər bir parçası təsadüflərlə açıqlanmayacaq qədər mükəmməl bir yaradılışın dəlilidir. Allahın bənzərsiz yaratma elmi, Quranda, "O, göydən yerə qədər olan bütün işləri idarə edir ..."(Səcdə surəsi, 5) ayəsiylə xəbər verilir.


Qoxu Yaddaşı


İybilmə duyğusu ilə yaddaş bir-birlərinə möhkəm bağlıdır. Ətrafımızdakı qoxuları çətinlik çəkmədən tanımağımızın səbəbi qoxu yaddaşına sahib olmağımızdır. Hər cür qoxu, xüsusi bir kodlamayla qoxu yaddaşında arxivlənir. Bir qoxuyla qarşılaşdığımız anda, bu arxivə müraciət edilərək qoxu təhlil edilir. İlk dəfə iylədiyimiz, yaddaşımızda məlumatları olmayan bir qoxu da digər qoxulara bənzədilərək şərh olunar. Belə bir yaddaşımız olmasaydı, bir qoxunu təsvir etmək qeyri-mümkün hal olacaqdı.

Qoxu ilə yaddaşın əlaqəsi bu qədərlə də məhdud qalmaz. Çünki qoxular, özləriylə əlaqəli olaraq keçmişdə yaşanan bəzi hadisələri də ağlımıza gətirirlər. Yolda gedərkən rast gəldiyimiz tanış ətir qoxusu, bizə o ətiri istifadə edən yoldaşımızı xatırladar. Bir yemək qoxusu, illərlə əvvələ aid köhnə bir hadisəni zehnimizdə canlandıra bilər. Eyni qoxu bir insanda gözəl hisslər yaradıb, bir başqasında xoşa gəlməyən duyğular meydana gətirə bilər.

Yaxşı, qoxuların illər ərzində və qəbul edildiyi sırada hiss edilən duyğularla birlikdə saxlandığı yer haradır? Minlərlə fərqli qoxuya bağlı məlumatın yığıldığı və olduqca böyük həcmə sahib olduğu aydın olan qoxu məlumat bankı haradadır? Bu sualların cavabları hələ qəti olaraq cavablanmamışdır. Bununla yanaşı, qoxularla bağlı məlumatların beyindəki hipokampus və amiqdala bölgələrində toplandığı düşünülür.


Bu mövzuda aparılan araşdırmaların ortaya qoyduğu nəticələr açıqdır: Qoxu yaddaşınız, (ciddi bir xəstəlik və ya qəza keçirmədiyiniz təqdirdə) yaşadığınız müddətcə sizə qoxu məlumat bankı kimi xidmət edir. Üstəlik, sabit deyil, dinamik bir quruluşa malikdir, əldə edilən yeni təcrübələrə görə davamlı olaraq özünü yeniləyər.

Həyatınızda ilk dəfə iylədiyiniz kimyəvi maddə ilə əlaqədar məlumatlar yaddaşınıza qeyd olunur və beləcə, daha sonrakı qarşılaşmanızda bəhsi keçən qoxunu rahatlıqla şərh edərsiniz. Diqqət edin, qoxu yaddaşını meydana gətirənlər zülallardan ibarət hüceyrələrdir; bu hüceyrələr geniş bir arxiv qurur və yeni qoxulara görə bu arxivi genişləndirirlər. Kiçik bir müqayisə edək. İnsanlığın ən əhəmiyyətli kəşflərindən biri olaraq qəbul edilən kompyuteriniz belə özbaşına yüklənməz; siz yeni proqramlar yükləmədiyiniz müddətcə köhnələri olduğu kimi qalarlar. Qoxu yaddaş hüceyrələrinin arxivçilik xüsusiyyəti də öz-özünə ortaya çıxmamışdır. Onları yaradan Allahdır, onlardakı üstün dizayn da Allahın rəhmət və elm baxımından hər şeyi əhatə etməsinin (Mömin surəsi, 7) saysız dəlillərindən biridir.

Qoxu yaddaşını vizual və səs yaddaşından ayıran əhəmiyyətli bir nöqtə var. Qoxuyla bağlı məlumatların digərlərinə görə daha uzun müddət ərzində qalıcı olduğu aydın olmuşdur.53 Bir qoxunu hiss etmənizlə yanaşı bir çox anınızın da canlanması məhz bu səbəbdəndir. Bu qoxu çiçəkdən, ədviyyatdan, hətta insandan qaynaqlanmış ola bilər. Aparılan tədqiqatlar göstərmişdir ki, hər insanın qoxusu, barmaq izi kimi, tamamilə özünə aiddir.54 (Yalnız tək yumurta əkizləri bu vəziyyətə bir istisna təşkil edir.) Xüsusi öyrədilmiş itlər cinayətkarı axtararkən, onun bədən qoxusunun izini izləyərlər; insanın xüsusi qoxusu səbəbiylə də cinayətkarı digərlərindən ayırd edə bilərlər. Necə ki, Quranda xəbər verilən, hz. Yusifin qoxusunun atası tərəfindən illər sonra belə fərq edilib tanınması da bu vəziyyətə işarə etmiş ola bilər. Hz. Yusifin uşaqlığındakı qoxusunu bilən atası aradan illər keçməsinə baxmayaraq eyni qoxunu xatırlayır:


Karvan Misir torpağından ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusifin qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”. (Yusif surəsi, 94)


Qoxu Duyğusunun Dadbilmədəki Rolu


Bir sobadan gələn təzə çörək qoxusu, şirniyyatın yayılan qoxusu, ədviyyat dükanından gələn ədviyyat və ya yeni çəkilmiş qəhvə qoxusu, insanın çox xoşuna gələr. Bəhs etdiyimiz qoxular o qədər cazibədardırlar ki, bizi çörəyi, şirniyyatı və ya qəhvəni dadmağa sövq edərlər. Hətta bəzi vəziyyətlərdə ağzımızdakı tüpürcək vəziləri fəaliyyətə keçər və dad almağımız üçün lazımlı olan tüpürcəyi ifraz edərlər. Qoxu hissiyatımız dad almadan min dəfə çox olduğu üçün, qoxuların qidaların dadını almada əhəmiyyətli bir rolu vardır.55 İybilmə ilə dadbilmə duyğularımız arasındakı əlaqə bu qədərlə də məhdud deyil.

Üzümlü şirniyyat ilə çiyələkli şirniyyatları bir-birindən necə ayıra bilərsiniz?

Sualın cavabının açıq olduğunu, təbii ki, dadına baxaraq anlayacağınızı düşünürsünüzsə, yanılırsınız deməkdir. Çünki "dadmaq", bəhsi keçən iki şirniyyatın arasındakı fərqi anlamağa kifayət deyil. Əgər iybilmə hissiyatı olmasaydı, hər iki şirniyyatı da "şirin" şəklində təyin edər, lakin ayırıcı xüsusiyyətlərini ifadə edə bilməyəcəkdik.

Bunun səbəbi, yediyimiz hər hansı bir şeyin dadını bilmək üçün qoxu duyğusuna da ehtiyacımızın olmasıdır. Digər bir sözlə, qoxusunu almadan qidaların dadını da tam olaraq anlaya bilmərik. Bir yeməyi ləzzətli edən, onun dad və qoxusunun birləşməsinin bizdə buraxdığı gözəl təəssüratlarıdır. Hətta tədqiqatçılar "dadın 75%-i qoxudur" deyərək, mövzunun əhəmiyyətini vurgulayırlar.

Bilindiyi kimi, yemək və içkilərin iştah açıcı qoxularının qəbul edilməsi insanı yeməyə və içməyə təşviq edər. Necə ki, bir xəstəlik və ya qəza nəticəsində iybilmə duyğularını itirənlərin yemək istəmədikləri də müşahidə edilmişdir.58 Qrip ya da soyuqdəymə olduğunuz dövrləri xatırlayın. Belə zamanlarda yediklərinizin "dadsız-duzsuz" gəlməsinin səbəbi, qoxu molekullarının qoxu alıcılarına çata bilməməsi, bu səbəbdən, iybilmə duyğunuzun müvəqqəti olaraq itməsidir.

Belə bir təcrübə də mövzunu anlamaqda köməkçi ola bilər. Gözlərini bağladığınız və burnunu tutduğunuz bir yoldaşınızdan, əvvəl bir dilim kartof, sonra da bir dilim almanı dilinin üzərində tutmasını xahiş edin. Bu vəziyyətdə yoldaşınız hansının kartof, hansının alma olduğunu söyləyə bilməz. Çünki hər ikisi də yüngül şirin bir təsir oyandırar. Yoldaşınızın doğru cavab verə bilməsi, ancaq parçaları ağzında çeynəməsi ilə mümkün olar. Çünki çeynəmə ilə yanaşı, uçucu qoxu dənəcikləri ağzın arxasındakı boşluqdan burundakı iybilmə bölgəsinə çatacaq; beləcə nəyin kartof, nəyin alma olduğu aydın olacaq.

Burada diqqət çəkici nöqtə, ağız və burunun insan orqanizmindəki ideal mövqeləridir. İnsan orqanizminin bu iki üzvü bir-birlərinə yaxındır; burundakı iybilmə bölgəsi də hava kanalı ilə ağız boşluğuna bağlıdır. Yaxşı, belə bir əlaqə və ya bəhs etdiyimiz yaxınlıq olmasaydı, və ya qoxu alıcıları bədənin başqa bir hissəsində yerləşsəydi, nə olardı?

Bu cümlədə "və ya" ilə başlayan daha bir çox alternativ sayıla bilər. Ancaq sualın cavabı bəllidir: Mövcud mövqenin xaricindəki hər hansı bir vəziyyətdə dadbilmə duyğusu itərdi. Qısacası, ağız, burun və qoxu alıcı bölgə tam olmaları lazım olan şəkildə və tam olmaları lazım olan yerdə yaradılmışlar. Necə ki, Quranda, Allahın insanı bir nizam içində yaratması belə bildirilir:


Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. (İnfitar surəsi, 6-8)

Mövzunu bu şəkildə yekunlaşdırmaq da mümkündür. Ləzzət olaraq təyin etdiyimiz anlayış, dad və qoxunun birləşməsindən meydana gələr. Bu səbəbdən, iybilmə duyğusu olmasaydı, dadbilmə duyğusunun da bir mənası olmayacaqdı. Çünki ləzzətin qəbul edilməsi üçün, dildəki dad alıcılarına ehtiyac olduğu qədər, burundakı qoxu alıcılarına da ehtiyac vardır.


Şübhəsiz ki, dadbilmə və iybilmə orqanları və duyğuları arasındakı iş birliyi xüsusi bir dizayn nəticəsidir. Şüur sahibi insanların aralarında razılaşıb, ortaq bir məqsəd istiqamətində işləmələri çox təbiidir. Ağıl və şüurdan məhrum milyardlarla hüceyrənin qüsursuz bir uyğunlaşma içindəki birliyi isə tək bir şəkildə açıqlana bilər: Bunları yaradan, insanların xidmətinə verən və hər an nəzarəti altında saxlayan aləmlərin Rəbbi olan Allahdır.


 << Geri