Qoxu vǝ Dad Möcüzǝsi

Həyatınız boyunca iylədiyiniz gözəl qoxuları yaddaşınızda canlandırmağa çalışın. Ağlınıza bir çox qoxu gələcəkdir: Güllər, qərənfillər, yasəmənlər, jasminlər, lavandalar, otlar və dəyişik bitkilərin bahar aylarında ətrafa yaydıqları heyrətamiz qoxular; çiçək açmış portağal, naringi və limon ağaclarının ətrafa yayılan qoxuları; müxtəlif ətirlərin təsiredici qoxuları; müxtəlif ədviyyatların ətirli qoxuları; səhər qalxdığınızda, hələ bir şey yeyib içməmişkən mətbəxdən gələn təzə və ya qızarmış çörək, pomidor, yumurta, zeytun, çay, qəhvə və ya südün cazibədar qoxuları, manqalda bişən bir ətin qoxusu, ya da bir sabunun tərtəmiz qoxusu ...

Bunlara əlavə olaraq, indiyə qədər daddığınız ləziz dadları ağlınızdan keçirin. Növbənöv yeməklərin, şirniyyatların, ətlərin, balıqların, tərəvəzlərin, şorbaların, salatların, tortların, çörəklərin, meyvələrin, içkilərin, cemlərin, dondurmaların, konfetlərin və digər qidaların şahanə dadlarını ...

Hər insanın yaddaşında qalan, unudulmayan bir çox xoş qoxu və dad var. Hətta bunlardan bəzilərini bir anlığına düşünmək belə insanı həyəcanlandırmağa yetər. Şübhəsiz ki, bəhsi keçən gözəlliklərin hər biri, üzərində dərin-dərin düşünülməli olan bənzərsiz nemətlərdəndir. Allahın yaratdığı nemətlərlə əlaqədar olaraq Quranda bu açıqlama yer alır:

Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 18)


Allah, bu sayılan nemətlərlə yanaşı, bunların hər birinin fərqinə varmamızı və onlardan zövq ala bilməmizi təmin edən sistemləri də orqanizmimizdə yaratmış, sonsuz mərhəmətinin bir təcəllisi olaraq bu nemətləri insanların xidmətinə təqdim etmişdir. Bu sistemlərdən ikisi, bizim üçün son dərəcə əhəmiyyətli olan "iybilmə və dadbilmə" dir. Qoxu və dad dünyalarının zənginliklərini ancaq onların vasitəsilə kəşf edə bilərsiniz. Düşünün ki, onlar olmasaydı, dad, qoxu, ləzzət kimi anlayışlar sizin üçün bir məna ifadə etməyəcəkdi. Yediklərinizin və içdiklərinizin gözəl qoxularını və dadlarını ala bilmədiyinizi fərz edin; nə qədər əhəmiyyətli olduqlarını dərhal qavrayarsınız. Məsələn, çiyələyi çiyələk edən onun qoxusu və dadıdır; bunları hiss etməsəniz, çiyələyin nə demək olduğunu da bilməzsiniz.

Dünyaya gəldiyinizdən bəri iybilmə və dadbilmə duyğularınızı istifadə edərək, on minlərlə qoxunu və dadı heç bir çətinlik çəkmədən ayırd edə bilirsiniz. Çünki bunu mümkün edən xariqüladə sistemlərə sahibsiniz. İybilmə və dadbilmə duyuğusu bir ömür boyu dayanıb dincəlmədən, tək bir səhv etmədən sizin adınıza fəaliyyət göstərirlər. Üstəlik, bunlar üçün hər hansı bir əvəz ödəmədən; belə bir bacarığı əldə etmək üçün heç bir təhsil almadınız, xüsusi bir səy sərf etmədiniz.

Əlbəttə, bəhs edilənlər, üzərində dərin düşünülməli olan həqiqətlərdir. Bu həqiqətlər qarşısında, ağıl və vicdan sahibi hər insanın öz-özünə bu sualı verməlidir: Sahib olduğu mükəmməl iybilmə və dadbilmə mexanizmləri necə var olmuşdur?

Mövzuyla əlaqədar tibb və biologiya kitablarında, qoxu və dad almamızı burnumuz, dilimiz və beynimizin varlığına borclu olduğumuzu yazar. Bu orqanlar vasitəsilə qoxu və dad aldığımız əlbəttə doğrudur. Ancaq burada şüurlu və ya şüursuz olaraq laqeydlik edilən çox əhəmiyyətli bir nöqtə daha vardır. Ümumiyyətlə, gündəmə gətirilməyən, halbuki, əsil cavablanması lazım olan sual budur: Dilimizin, burnumuzun və beynimizin varlığını kimə borcluyuq?

Çox insan burnu ilə qoxu, dili ilə dad aldığını bilməsinin kafi olduğunu; bundan artığının onu maraqlandırmadığını düşünür. Halbuki, bu böyük bir səhvdir. İyləmək və dadmaq hər insanın həyatının imtina edilməz, ayrılmaz parçalarıdır; bu həqiqətin fərqində olan bir insanın yuxarıdakı sualları gözardı etməsi isə tərifsiz bir qəflətdir.

Şübhəsiz ki, sahib olduğumuz hər şey kimi, bu möcüzəvi nemətləri də aləmlərin Rəbbi olan Allaha borcluyuq. İybilmə və dadbilmə sistemləri araşdırılsa, bu qüsursuz sistemlərin heyranlıq oyandıran yaradılış dəlilləri ilə dolu olduğu açıqca görülər. Əlinizdəki kitabın məqsədi, bu sistemlərdəki yaradılış həqiqətlərini ortaya qoymaq, Allahın sərhədsiz elmini və qüdrətini təfəkkür etməyə, Onun saysız lütfünü gərəyi kimi qavramağa kömək etməkdir. Kitab boyunca, Rəbbimizin verdiyi nemətlər xatırlanacaq və xatırladılacaqdır. Eyni zamanda, bəhsi keçən möcüzəvi sistemlərin təsadüflərin məhsulu olduğunu iddia edən təkamül nəzəriyyəsinin nə qədər ağıl və məntiqdən kənar olduğu bir daha gözlər önünə səriləcək.

Allahın yaratmasındakı qüsursuzluq Quranda belə təsvir edilir:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir(Həşr surəsi, 24)


Akıllı Tasarım Yani Yaratılış

Saytda zaman zaman karşınıza Allah'ın yaratmasındaki mükemmelliği vurgulamak için kullandığımız "tasarım" kelimesi çıkacak. Bu kelimenin hangi maksatla kullanıldığının doğru anlaşılması çok önemli. Yüce Allah'ın tüm evrende kusursuz bir tasarım yaratmış olması, Rabbimiz'in önce plan yaptığı daha sonra yarattığı anlamına gelmez. Bilinmelidir ki, yerlerin ve göklerin Rabbi olan Allah'ın yaratmak için herhangi bir 'tasarım' yapmaya ihtiyacı yoktur. Allah'ın tasarlaması ve yaratması aynı anda olur. Allah bu tür eksikliklerden münezzehtir. Allah'ın, bir şeyin ya da bir işin olmasını dilediğinde, onun olması için yalnızca "Ol" demesi yeterlidir. Ayetlerde şöyle buyurulmaktadır:

Bir şeyi dilediği zaman, O'nun emri yalnızca: "Ol" demesidir; o da hemen oluverir. (Yasin Suresi, 82)

Gökleri ve yeri (bir örnek edinmeksizin) yaratandır. O, bir işin olmasına karar verirse, ona yalnızca "Ol" der, o da hemen oluverir. (Bakara Suresi, 117)

 

<< Geri