Qoxu vǝ Dad Möcüzǝsi

Gördüyümüz, ya da duyduğumuz şeyləri təsvir etmək bizim üçün olduqca asandır. Buna baxmayaraq, çox vaxt qəbul etdiyimiz qoxunu adlandırmaqda çətinlik çəkərik. Onu başqa bir qoxuya bənzədərək təsvir etməyə çalışarıq. Ümumiyyətlə də, onun bizdə oyandırdığı hissləri ifadə edərik. Bəyəndiyimiz qoxuları xoş və ya gözəl; bəyənmədiklərimizi isə pis və ya narahatedici kimi sifətlərlə xarakterizə edərik. Bunun səbəbi, gündəlik həyatda qarşılaşdığımız bir çox qoxunun xüsusi bir adının olmamasıdır.

Qoxu olaraq təyin etdiyimiz əslində cisimlərdən buxarlanan kimyəvi dənəciklər, yəni molekullardır. Məsələn, təzə çəkilmiş qəhvə qoxusu olaraq qəbul etdiyimiz və hiss etdiyimiz, bizə xoş gələn qoxunun qaynağı qəhvəyə aid uçucu qoxu molekullarıdır. Buxarlanma nə qədər sıx olarsa, meydana gələn qoxu da o cür aydın olar. Sobada bişən keksin bayat bir keksə nisbətən daha çox qoxmasının səbəbi fırındakı keksdən daha çox qoxu zərrəsinin ətrafa yayılmasıdır. Çünki istinin təsiriylə qoxu molekulları havada sərbəst hərəkət etməyə başlayar və geniş bir sahəyə yayılarlar. Bu nöqtədə insan həyatı üçün təşkil edilmiş bəzi həssas tarazlıqların olduğuna diqqət çəkmək lazımdır. Hal-hazırda olduğunuz mühitdə daş, dəmir, şüşə kimi iy verməyən maddələr vardır. Çünki bunlar otaq istiliyində buxarlanmazlar. Bir anlığına otağınızdakı hər şeyin qoxu yaydığını düşünək. Belə bir vəziyyətin nə qədər narahatlıq verəcəyini, hətta həyatınızı alt-üst edəcəyini heç düşündünüzmü?

Maraqlı olan digər bir həqiqət də, suyun aşağı temperaturlarda buxarlanma xüsusiyyətinin olmasına baxmayaraq qoxusunun olmamasıdır. Suyun bu xüsusiyyəti də çox əhəmiyyətlidir. Beləcə, quru bir gül ilə yeni sulanmış, üzərində su damlaları olan bir gülün qoxusu arasında fərq olmaz. Digər bir ifadəylə, gülün təbii qoxusu pozulmamış olar. Həmçinin, havada olan su buxarı, yəni rütubət mövcud qoxunun təsirini gücləndirir. Məsələn, yağış sonrası buxarlanan su molekulları çiçəklərin qoxulu dənəciklərini də havaya qaldırar və çiçəklərin xoş olan qoxularının ətrafı yayılmasına kömək edər.


Hələ də təbiətdə nə qədər fərqli növdə qoxu olduğu bilinir. Milyonlarla müxtəlif molekulun varlığı nəzərə alınsa, təbiətdə çox müxtəlif qoxu olduğu deyilə bilər. Bunları müəyyən kateqoriyalarda toplamaq üçün işlər görülmüş, lakin qoxuların fövqəladə müxtəlifliyi səbəbiylə tam bir qruplaşdırma əldə edilə bilinməmişdir.1

Qoxuya xarakterik xüsusiyyətini verən, molekullar arasındakı mikroskopik dəyişikliklərdir. Nümunə olaraq, bişmiş təzə bir yumurta ilə çürük bir yumurtanı bir-birindən ayıran xüsusiyyət, ətraf mühitə yaydıqları dənəciklərin quruluşlarındakı fərqlilikdir. Müxtəlif molekulların kimyəvi quruluşları arasındakı fərqliliklər isə olduqca həssas ayrı-seçkiliklərə əsaslanır. 2 Hətta tək bir karbon atomu dəyişikliyi belə gözəl qoxunu pis qoxu halına çevirə bilər.

Kainatın hər nöqtəsindəki dizayn, qoxu molekullarının quruluşlarında da ilk baxışda fərq edilir. Kakaonun, lavanda çiçəyinin və ya çiyələyin özlərinə xas qoxuları, qoxu molekullarını meydana gətirən atomlar və aralarındakı bağların xüsusi olaraq təşkilinin nəticəsidir. Hər molekul müəyyən bir məqsəd istiqamətində, tam olması lazım olduğu kimi planlanmışdır. Şübhəsiz ki, bu möhtəşəm dizayn,"Hər şeyi yaratmış, ona bir nizam vermiş, müəyyən bir ölçüylə təqdir etmiş" (Furqan surəsi, 2) olan Allaha aiddir.


Burundakı Mühəndislik

İybilmə orqanı deyildiyində dərhal ağıla burun gəlir. Bununla yanaşı, iybilmə əməliyyatının burunun yalnız 5%-lik hissəsi tərəfindən reallaşdırıldığı az sayda insan tərəfindən bilinir. 3 Yale Universitetindən professor Qordon Shepherdin "Burunlarımızla iylədiyimizi düşünürük, (lakin) bu qulaq seyvanımızla eşidirik deməyə bənzəyər" 4 şəklindəki ifadəsi bəhs etdiyimiz mövzu haqqında həqiqəti vurğulamağa istiqamətlidir.


Sonrakı səhifələrdə, burunun iybilmə hissəsini təşkil edən qisim araşdırılacaq. Ancaq əvvəlcə digər 95% -lik hissəyə qısaca toxunmaq yerində olacaq. Burnumuz tənəffüs sistemimizlə əlaqədar olaraq iki əhəmiyyətli vəzifə boynuna götürər. Bunlardan biri nəfəs aldığımız havanın isidilməsi və nəmləndirilməsidir. Burunun daxili səthini örtən mukus təbəqə su buxarı ifraz edərək girən havanı nəmləndirir. Mukus təbəqənin dərhal altında yerləşən çox sayda kapilyar damar da keçid zamanı havanın isinməsini təmin edər. Beləcə hava, ağciyərlərin həssas quruluşları üçün ən uyğun hala gətirilir. Bəhs edilən mexanizm, binaların istilik və rütubət mühitini təşkil edən inkişaf etmiş bir kondisioner sisteminə bənzəyər.

Burunun ikinci əhəmiyyətli vəzifəsi də tənəffüs edilən havanın içindəki toz zərrələrini, bakteriya və mikrobları dayandırmaq, beləcə ağciyərdə meydana gələ biləcək xəstəliklərin qarşısını almaqdır. Bu möhtəşəm təhlükəsizlik mexanizmi belə işləyir: Havadan gələn zərərli dənəciklər mukus təbəqəsi tərəfindən saxlanılar. Bunun ardından silya adlı tükcüklər dövrəyə girərlər. Zərərli maddələr ehtiva edən mukus, tükcüklər tərəfindən dəqiqədə bir santimetr sürətlə udlağa doğru itələnir, daha sonra da öskürəklə çölə atılır və ya udularaq mədədəki turşular tərəfindən yox edilir. Burada, əsas xətləriylə izah edilən bu əməliyyatlar həqiqətdə olduqca mürəkkəbdir. Belə ki, milyonlarla tükcüyün necə tək orqanizm halında hərəkət etdiyi və iş mexanizminin təfərrüatları hələ tam mənasıyla aydın ola bilməmişdir. Mukus təbəqə, mukus istehsal edən hüceyrələr və tükcüklər mükəmməl bir kimyəvi təmizlənmə təsisi meydana gətirirlər. Diqqət edin; sahib olduğunuz təmizlənmə təsisi elə qüsursuz çalışır ki, orqanizminiz üçün nəyin vacib, nəyin təhlükəli olduğunu dərhal təsbit edər və edilməli olanları yerinə yetirər.

Ortada olan açıq bir həqiqət vardır: Burundakı kondisioner, təhlükəsizlik və təmizlənmə mexanizmləri mükəmməl bir mühəndislik nümunələridir. Şüursuz olan tənəffüs, qan dövranı və həzm sistemi hüceyrələrinin öz aralarında razılaşmaları, iş birliyi etməyə qərar vermələri, mühəndis kimi plan qurmaları düşünülə bilməz. Bəhs etdiyimiz sistemlərin təsadüflər nəticəsində, insan üzündəki estetik bir orqan içində meydana gəlmələri də qeyri-mümkündür. Bunlar, Allahın qüsursuz və uyğun yaratmasının dəlillərindəndir. Allahın göydən yerə hər şeyi mükəmməl bir dizayn ilə yaratdığı, ayələrdə belə bildirilir:


... Göylərdə və yerdə hər nə varsa, Ona məxsusdur, hər şey Ona baş əyir. Göyləri və yeri (yoxdan) var edəndir. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq "Ol" deyər, o da dərhal olar. (Bəqərə surəsi, 116-117)


Burundakı Kimyəvi Analiz Təsisi

Gün ərzində orta hesabla 23.040 dəfə nəfəs alırıq.5Davamlı təkrarladığımız bu əməliyyat əsnasında, burnumuz alınan havanı ağciyərlər üçün ən uyğun vəziyyətə gətirir. Bu işi edərkən, eyni anda çox əhəmiyyətli bir funksiyanı daha həyata keçirir: Qoxu alır.

Hər nəfəs aldığımızda, "hava" olaraq adlandırdığımız qaz qarışığı, burun dəliklərindən içəri girər. Tək bir nəfəslik hava, milyard dəfə trilyon sayda molekuldan meydana gəlir. 6 Açıq gözlə görə bilməyəcəyimiz qədər kiçik olan qoxu dənəcikləri də böyük miqdardakı molekuldan ibarət bu qrupun içində olarlar. Nəfəs almamızın ardından, burunun içindəki xüsusi sümüklər (turbin sümüklər) havanın bir qismini qoxu alıcı bölgəyə istiqamətləndirər. Beləcə, qoxu molekulları, burun boşluğunun üst hissəsində olan iybilmə bölgəsinə çatarlar. Bura, burun dəliklərindən təxminən 7 santimetr içəridə və yuxarıdadır. İyləmək istədiyimiz bir çiçəyi burnumuza yaxınlaşdırıb dərin bir nəfəs aldığımızda isə, daha çox qoxu molekulu qoxu bölgəsinə çatır.

Çox insan fövqəladə kimyəvi analiz təsisinə sahib olduğunun fərqində belə deyil. Məhz bu təsis, burunun içindəki qoxu bölgəsində yerləşir, sanki bir kimya fabriki kimi dayanıb dincəlmədən işləyir, ətrafdakı qoxuları təhlil edir. Biz gündəlik işlərimizi görərkən qoxu almaq üçün heç bir səy göstərmədiyimiz sırada, o fəaliyyət halındadır. Gecə yuxu halında olduğumuz zaman belə, duman kimi zərərli bir qoxunu fərq edərək dərhal bizi xəbərdar edər. Bəhs etdiyimiz sistem elə bənzərsiz qurğudur ki, on mindən çox qoxunu diaqnoz edə bilir, 7 üstəlik mükəmməl bir doğruluq dərəcəsi və həssaslıqla çalışır.

Qoxunun qaynağını təşkil edən qoxu molekulları, fərqli şəkil və ölçülərdədir və digər molekullarla müqayisədə daha "kiçik"dirlər.8 Bağçadakı çiçəklərin təsiredici qoxuları, ləziz bir yeməyin cazibədar qoxusu və ya çürük bir meyvənin pis qoxusu fərqli molekullardan ibarətdir. Burnumuzdakı kimyəvi təsis bütün bu molekulları asanlıqla analiz edər. Hətta eyni kimyəvi formula, yəni eyni atomlara sahib molekulları belə həmin anda tanıyar. Məsələn, "L-carvone" ilə "D-carvone" molekulları arasındakı kiçik fərqlilik, atomlarının fərqli düzülməsindən qaynaqlanar. Bu cür bənzərliyə baxmayaraq burnumuz, bəhsi keçən iki molekulu rahatlıqla ayırd edə bilər; bunlardan birincisinin zirə, ikincisinin isə nanə bənzəri iy verdiyini bizə bildirir.

Burunun elm adamlarını heyrətə salan digər bir xüsusiyyəti də mükəmməl həssaslığıdır. Bir qoxunun anlaşılması üçün lazım olan ən aşağı konsentrat "iybilmə həddi" olaraq adlandırılır. Burnumuzdakı analiz mexanizmi ağlasığmaz həssaslığa malikdir: Bəzi qoxuların sıxlığı havada trilyonda birdən az olması vəziyyətində belə hiss edilər. Məsələn, aparılan tədqiqatlar, bütirik turşunun 10 milyardda bir sıxlıqda belə hiss edildiyini göstərmişdir.

Molekullar araşdırıldıqca, iybilmə sisteminin möcüzələri də gün işığına çıxır. Bizim tək bir qoxu olaraq qəbul etdiyimiz, əslində çox sayda fərqli molekulun meydana gətirdiyi bir təsirdir. Nümunə olaraq, ağ çörək qoxusu təxminən 70 fərqli qoxu molekulundan ibarətdir. Qəhvənin qoxusunun da ən az 150 ayrı kimyəvi maddənin birləşməsinin nəticəsi olduğu təxmin edilir. 11 Keyfiyyətli bir ətir 500-ə yaxın fərqli maddənin qarışığından meydana gəlir. 12 Burnumuzdakı analiz mexanizmi bizə hiss etdirmədən, olduqca kiçik nisbətlərdəki bu kimyəvi maddələri təhlil edir. Bütün əməliyyatlar, iyləməyimiz ilə "qəhvə iyi verir" nəticəsinə gəlməyimiz arasındakı bir saniyədən çox daha qısa müddətdə olub bitər. Şübhəsiz ki, bəhs etdiyimiz həqiqətləri göz qarşısında saxlasaq, iybilmə sistemindəki üstün yaradılış olduğu daha yaxşı aydın olar. Allah bir ayədə belə bildirir:


Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)


Düşünməyə Dəvət

Televizora baxarkən, biri çıxıb yayımın televiziya ötürücüsündən qaynaqlanmadığını, ekrandakı təsvirin havada təsadüfən meydana gəlmiş elektromaqnit dalğaların nəticəsində meydana gəldiyini söyləsə, həmçinin televizorun da bir zavod tərəfindən istehsal edilmədiyini, evinizdəki atom və molekullardan illər ərzində özbaşına ortaya çıxdığını iddia etsə, nə düşünərdiniz?

Ehtimal ki, bu insanın zarafat etdiyini düşünər, söylədiklərini qətiyyən ciddiyə almazdınız. Bu insanın irəli sürdüyü iddiasında qərarlı olduğu qənaətinə gəldiyində isə, bəhsi keçən insanın ağıl sağlamlığını itirmiş olduğuna qərar verərdiniz. Çünki ortada texnoloji bir dizayndan bəhs edilir. Televizor, yayını almaq üçün xüsusi olaraq icad edilmiş bir cihazdır. Televiziya ötürücü stansiyasından edilən yayın da televizorun yayımı almasına istiqamətli olaraq hazırlanır. Qısacası, istər televizor, istər yayın, istrəsə də ikisi arasındakı uyğunlaşmanın hər təfərrüatı ən incə təfərrüatına qədər planlanmışdır və bu kompleks sistemdə heç bir təsadüfə yer yoxdur.

Məhz, təkamülçülərin iddiası bundan daha ağlasığmazdır. Darvin və təqibçilərinin fikrini belə yekunlaşdırmaq mümkündür: Təkamülçü məntiqə görə, televiziya yayımı texnologiyasından çox daha inkişaf etmiş və hələ tam mənasıyla həll edilə bilməmiş iybilmə mexanizmi, saysız qoxu molekulu və molekullar ilə burun arasındakı qüsursuz uyğunlaşma guya təsadüflər nəticəsində meydana gəlmişdir. (Şekil 5) Bir başqa sözlə, atomlar təsadüf əsəri bir yerə gələrək yer üzündə bir-birindən müxtəlif qoxuları təşkil edən molekulları meydana gətirmiş, eyni anda yenə eyni atomlar bunların hamısını ayrı-ayrı qəbul edəcək və qəbul etdiklərindən də nəticə çıxara biləcək bir orqanı; burunu, təsadüfən inkişaf etdirmişlər. Ortada heç bir plan, dizayn və ya ağıllı müdaxilə mümkün deyil. Təkamülçülərə görə hər şey şüursuz, nəzarətsiz, təsadüfi hadisələrin milyardlarla il içində bir yerə gəlmələri ilə reallaşmış və mükəmməl qüsursuzluqda sistemlər meydana gəlmişdir.

Bir az ağıl və sağlam düşüncə sahibi hər insan bəhs etdiyimiz təkamülçü məntiqindəki sayıqlamanı anlaya bilər. Kitabın sonrakı hissələrində izah ediləcək mövzular da təkamülçülərin bu yanlışlarını bütün açıqlığıyla ortaya qoyacaq. Heç şübhə yoxdur ki, burnumuzdaki sistem, qoxu almaq üçün xüsusi olaraq yaradılmışdır və onu yaradan Allahın sonsuz elminin bir göstəricisidir. Kitab boyunca öyrənəcəyimiz hər bir təfərrüat da bu qüsursuz varlıq və mükəmməl dizaynın isbatı xüsusiyyətində olacaq. Necə ki, Allah, Quran ayələrində yer üzünün hər nöqtəsində görülən bu uyğunlaşma və qüsursuzluğu belə bildirmişdir:


Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)


İybilmə Nəzəriyyələri

Səhər mətbəxdən gələn gözəl qoxuları hiss edərək oyanarsınız. Siz, məsələn, "nə gözəl tost qoxur" deyərkən burnunuzdakı kompleks əməliyyatların fərqinə varmazsınız. Yaxşı bu sırada, burnunuzdakı hüceyrələrdə nələr baş verir?

Elm adamları uzun illərdir bu sualın cavabını tapmağa çalışırlar. Buna baxmayaraq, iybilmə hüceyrələrinin qoxu dənəciklərini necə tanıdığını tam olaraq anlaya bilmədilər. Mövzuyla bağlı bilinənlər hələ nəzəriyyədən kənara keçmir. Hətta iybilmə digər duyğulara nisbətən ən az məlumat sahibi olduğumuz sahədir.

Dövrümüzdə ən geniş qəbul olunan nəzəriyyələrdən biri "sterik nəzəriyyə" olaraq adlandırılır. İlk dəfə, R. W. Moncrieff tərəfindən ortaya atılmışdır. Buna görə, qoxu dənəcikləri fərqli şəkil və böyüklüklərdədirlər; qoxu bölgəsində olan özlərinə aid alıcılarla birləşirlər. Qoxu alıcıları ilə qoxu dənəcikləri arasındakı münasibətlər, kilid ilə açarın uyğunlaşmasına bənzədilir. Kilidin yalnız müəyyən bir açar tərəfindən açılması kimi, qoxu alıcıları da özlərinə aid molekullar ilə qarşılıqlı təsir nəticəsində hərəkətə keçirlər. John Amoore bu nəzəriyyəni inkişaf etdirmiş və 7 əsas qoxu (efir, kafur, müşk, çiçək, nanə, kəskin, çürük) təyin etmişdir. Amoore, qoxuların 7 əsas qoxunun qarışıqlarından meydana gəldiyini irəli sürmüştür.

Digər bir elm adamı, Luca Turin isə "titrəşmə nəzəriyyəsi"ni yenidən nəzərdən keçirmiş; burundakı qoxu alıcılarının bir spektroskop (titrəşmə frekanslarını araşdırmağa yarayan bir alət) kimi işlədiyi və molekulyar titrəşmələri təsbit etdiyi fikrini müdafiə etmişdir. Burundakı alıcıların, qoxu molekullarının titrəşmə frekanslarına uyğun olaraq dizaynlandıqları aydın olur. Bu, gözdəki xüsusi hüceyrələrin, işığın müxtəlif dalğa uzunluqlarına uyğun şəkildə yaradılmaları kimidir. Turin, qoxunun kökündə, elektron transferinə əsaslanan kompleks mexanizmlərin olduğunu düşünür.

Digər qoxu nəzəriyyələri arasında, Davies və Taylor tərəfindən ortaya atılan "diffuziya məsaməsi" nəzəriyyəsi, Dysonun "molekulyar titrəşmə" nəzəriyyəsi və Rosenbergin "piezo təsiri" nəzəriyyəsi sayıla bilər.

Qısacası, qoxu molekulları ilə qoxu alıcıları arasındakı ünsiyyətin necə reallaşdığı hələ tam mənasıyla bilinmir. Yəni qoxunu hiss etməyimiz əsnasında, burnumuzdakı alıcı hüceyrələrdə nə kimi əməliyyatlar reallaşdığı tamamilə həll edilə bilməmişdir. Bununla birlikdə, mövzuyla əlaqədar təxminlərin sayı çoxdur. Əlinizdəki kitabın sonrakı sətirlərində, indiki vaxtda digər nəzəriyyələrə görə daha çox etibarlılıq qazanmış bir fikrə yer verilmişdir.

Dövrümüzün inkişaf etmiş cihazlarla dolu laboratoriyalarında hər cür elmi tədqiqat aparma imkanımız mövcuddur. Buna baxmayaraq, iybilmə duyğumuzun necə işlədiyi hələ aydın olmaması, insanın və bəhs etdiyimiz sistemin yaradılışındakı mükəmməlliyi bir daha göstərir. Elm, insan duyğularının təfərrüatlarını analiz etdikcə, həqiqətlər gözlər önünə sərilir: Duyğu orqanları qüsursuz dizayn məhsullarıdır; insan həyatı üçün çox həssas tarazlıq və hesablara görə təşkil edilmişlər. Ortaya çıxan digər bir həqiqət də, "canlılıq təsadüflərin məhsuludur" deyən təkamül nəzəriyyəsinin nə cür böyük bir yanılma olduğudur.


İybilmə Sistemindəki Möcüzələr


İybilmə duyğusu bizə xarici dünya haqqında bir çox məlumat verir. Bəzən tam mənasıyla başa düşə bilmirik, ancaq bu duyğumuzun olduğumuz məkanı, ətrafımızda baş verənləri və ətrafımızdakı şəxsləri anlamağımızda əhəmiyyətli bir payı vardır. Gözümüzü bağlayıb, süfrədəki yeməkləri iyləyək, tərəddüd etmədən iylədiyimiz yeməyi tanıyarıq. İyləyərək, bişən yeməyin bişib-bişmədiyini anlayar, soyuducudakı yeməyin xarab olub-olmadığını ayıra bilərik. Xəstəxana, restoran, market, məktəb və ya ev kimi bir çox mühiti qoxularından ayırd edə bilərik.

Qoxu duyğumuzun potensialı düşündüyümüzdən çox daha böyükdür. Hətta bəzi tədqiqatçılar bunu müəyyən bir rəqəmlə məhdudlaşdırmanın səhv olacağını, çünki qoxu duyğusunun sayıla bilməyəcək qədər çox kimyəvi tərkibi ayırd edə biləcək səviyyədə olduğunu ifadə edirlər. 

İndi, bu "bacarıqlı" və "istedadlı" sistemi meydana gətirən yaradılış möcüzələrinə daha yaxından baxaq.

Mukusdakı İnanılmaz Hərəkətlilik


Gözlərimizin arasının altında, burun kanallarımızın üst tərəfində bir qoxu bölgəsi var.  Bunların hər biri 2.5 sm2 yer tutar və mukus ifrazatıyla ətrafı əhatəlidir. Mukus yapışqan bir mayedir; "Bowman vəzi" tərəfindən ifraz olunur. Qoxu bölgəsini örtən mukus təbəqəsi təxminən 0.06 mm qalınlığındadır.18 Əgər mukusun qalınlığı bir az daha çox olsaydı, iybilmə qabiliyyətimiz olduqca zəif olacaqdı. Soyuqdəymə zamanı qoxu duyğumuzun azalmasının səbəbi mukus istehsalındakı artımdır. Bəhs etdiyimiz qalınlıq daha az olsaydı; orqanizmin müdafiə etmə sistemi zəifləyəcək və mukus təbəqənin içindəki qoxu tükcükləri asanlıqla məhv olacaqdı.

Mukusun bəzi əsas vəzifələri bir müddətdir bilinir. Bunlar arasında, burun içindəki qurumağı əngəlləmək və xarici kimyəvi maddələrə qarşı müdafiə etmə sistemi yaratmaq sayıla bilər. Mukusun son dərəcə mütəşəkkil bir quruluş olduğu və ideal bir mühit meydana gətirdiyi isə yaxın zamanlarda aydınlaşdırılmışdır. 19 Həqiqətən də mukus, zülallar, fermentlər, mukopolisakkaritlər, immunoqlobulinlər və lipiddən ibarət olan zəngin bir qarışıqdır.


İybilmənin ilk mərhələsi mukus təbəqəsində başlayar. Qoxu hissəciklərinin qoxu tükcüklərindəki reseptorlarla görüşə bilmələri üçün əvvəlcə bu təbəqəni keçmələri lazımdır. Məhz bu mərhələdə vəzifə alan çox xüsusi zülallar var. Mukus təbəqədə olan əlaqə zülalları, qoxu dənəcikləri ilə birləşir və onlara sanki bir rəhbər kimi yol göstərirlər.  Bu xüsusi zülallar hələ araşdırılır; qoxu dənəcikləri ilə reseptorlarının görüşmələrinə köməkçi olduqları və reseptorlara həddindən artıq nisbətdə qoxu molekulunun gəlməsinə maneə törətdikləri düşünülür. 21 Şübhə yoxdur ki, əlaqə zülallarının minlərlə fərqli qoxu dənəciyini tanımaları, onlarla ünsiyyət qurmaları və mukus təbəqədəki molekul axınının tənzimləmələri göz oxşayan bir yaradılış həqiqətidir.

Gözəl qoxulu çiçəklərlə dolu bir bağçada gəzişdiyinizi və fərqli çiçəkləri bir-birinin ardınca burnunuza yaxınlaşdıraraq iylədiyinizi fərz edək. Belə bir vəziyyətdə, yeni qoxu zərrələrinin reseptorları xəbərdar edə bilmələri üçün köhnə qoxu molekullarının aradan qaldırılmaları zəruridir. Əks təqdirdə, birincinin dərhal ardından ikinci çiçəyin qoxusunu almaq qeyri-mümkün hala gələcəkdir. Olduqca mənfi inkişaflara səbəb ola biləcək belə bir hadisə mukus sekresiyasının içindəki bəzi fermentlər tərəfindən qarşısı alınır. 22 Sadələşdirərək izah etsək, haqqında danışdığımız fermentlər müəyyən bir müddətin sonunda qoxu hissəciklərinin quruluşlarını dəyişdirərlər və artıq qoxu reseptorlarını xəbərdar etməyəcək vəziyyətə gətirirlər. Təsirsiz hala gələn bu molekullar, daha sonra mukusla birlikdə mədəyə göndərilir və beləcə, ortadan qaldırılırlar. Diqqət edin, bunları edənlər mütəxəssis professorlar və ya elm adamları deyil, beyini, ağılı və şüuru olmayan fermentlərdir. Üstəlik, mukusdakı xüsusi fermentlər hər an yeni qərarlar alaraq, bunları müvəffəqiyyətlə tətbiq edirlər. Əlbəttə, fermentlər öz başlarına belə kompleks işlərin öhdəsindən gələ bilməzlər. Bütün bunlar Allahın sonsuz elmi və ehtişamlı yaradılışı sayəsində reallaşar.

Nəticə olaraq, burnumuzdakı iybilmə bölgəsini örtən mukus təbəqəsinin dərinliklərində hər an heyrət verən bir hərəkətlilik mövcuddur. Bizim fərqinə varmadığımız və açıq gözlə görə bilmədiyimiz saysız əməliyyat, mükəmməl bir planlaşdırma ilə davam edir.


Möhtəşəm Xəbərçilər: Qoxu Hüceyrələri

Qoxu alıcı hüceyrələr əslində sinir hüceyrələridir. Əsas vəzifələri, qoxu molekullarının daşıdıqları mesajları alaraq qoxu soğancığına daşımaqdır. Ümumi sayları mövzusunda elm dünyasında fərqli fikirlər vardır: Bəzi tədqiqatçılar saylarının 10 milyon  , bəziləri də 50 milyon civarında olduğunu söyləyirlər. Milyonlarla qoxu hüceyrəsi kiçik bir poçt markası ölçülərindəki qoxu bölgəsində, göz qamaşdırıcı bir nizam içində yerləşmiş vəziyyətdədir. Burada dərhal ağıla bu həqiqət gəlir: Hər cür texniki imkanınız olsaydı və sizdən milyonlarla hüceyrəni yerli yerinə qoymanız lazım olsaydı, bunu edə bilərdinizmi? Təbii ki, belə bir işi bacarmanız mümkün olmazdı. Onsuz da elm adamlarının illərlə davam edən tədqiqatları nəticəsində, nəinki milyonlarla hüceyrəni idarə etmək, bu hüceyrələrin sayını belə təsbit edə bilməmiş olmaları bu həqiqəti açıq şəkildə ortaya qoyur.

Qoxu hüceyrəsinin öz içində də diqqət çəkici bir vəzifə bölgüsü vardır. Tanınmış tədqiqatçılardan Stuart Firestein, "Bütün duyğu alıcıları kimi, qoxu alıcı hüceyrə də həm quruluş, həm də funksional olaraq bir çox hissəyə bölünür" deyərək bu hüceyrələrdəki xüsusi nizama diqqət çəkər. Bu xüsusi dizayn, elektron mikroskopu görünüşlərinə görə çəkilən rəsmlərdə daha ilk baxışda özünü müəyyən edər. 

Qoxu hüceyrəsi başlıca üç əsas hissədən ibarətdir; ortada hüceyrə gövdəsi, bir ucunda silya adlı tükcüklər, digər ucunda da akson adlı uzantısı mövcuddur. Hüceyrə gövdəsi, bir çox qarışıq hüceyrəvi əməliyyatın reallaşdığı; akson, elektrik siqnalının daşındığı; tükcüklər də qoxu molekulları ilə təmasın qurulduğu bölgələrdir.

Hüceyrənin bir ucundakı qoxu tükcüklərinin sayları 10 ilə 30 arasında dəyişir, uzunluqları 0.1-0.15 milimetrədir. 26 Qoxu tükcüklərinin burunun digər bölgələrindəki bənzərlərindən fərqi, hərəkət etməmələri və qoxu reseptorlarına sahib olmalarıdır. (Şekil 9) DDigər bir sözlə, qoxu tükcükləri bədəndəki digər tükcüklərdən fərqli, tamamilə özlərinə məxsus bir quruluşdadırlar. Qoxu tükcükləri reseptorlar üçün skelet meydana gətirmə vəzifəsini də öz üzərinə götürür. Diqqət yetirilsə, tükcüklərin dizaynının olduqca ən məhsuldar model olduğu görülər; beləcə kiçik bir bölgədə, qoxu molekullarının reseptorlarla ünsiyyət quracağı geniş bir sahədə ortaya çıxmışdır. Həmçinin, son tədqiqatlar göstərmişdir ki, hər qoxu hüceyrəsində min fərqli qoxu reseptoru növündən yalnız biri mövcuddur. 27 (Bu mövzu sonrakı səhifələrdə ətraflı olaraq izah ediləcək.)

Burada göz qarşısında saxlanılmalı olan əhəmiyyətli bir həqiqət vardır: tükcük ifadəsi oxuyucuda sadə bir quruluşu xatırlada bilər. Halbuki, bu təsvirlər, bəhs etdiyimiz quruluşun yalnız şəklini təsvir edir. Əslində qoxu tükcükləri bənzəri görülməyən, fövqəladə bir xəbərləşmə texnologiyasına sahibdirlər. Mukus içində əriyən qoxu molekulları, qoxu tükcüklərindəki xüsusi reseptorlarla birləşirlər. Qoxu molekulu ilə reseptor arasındakı əlaqənin açar-kilid uyğunlaşmasına bənzədiyi düşünülür. Molekulyar təfərrüatları hələ tam mənasıyla həll edilə bilməyən kompleks əməliyyatlar nəticəsində qoxu alıcı hüceyrədə bir siqnal meydana gələr. Bu mərhələdə bir çox zülal və ferment üzərinə düşən vəzifələri axsatmadan yerinə yetirər.

Qoxu alıcı hüceyrələrin qoxu molekullarının daşıdığı mesajları, elektrik siqnallarına çevirməsi olduqca kompleks bir əməliyyatdır. Dövrümüzdə, qoxu alıcı hüceyrələrdəki rabitə şəbəkələrinin yalnız ikisi məlumdur. Haqqında danışdığımız xəbərləşməni qısaca və ola bildiyincə sadələşdirərək belə izah edə bilərik:

Əvvəlcə cAMP (adenosine 3 ', 5'-cyclic monophosphate) vasitəsilə qurulan ünsiyyəti araşdıraq.


Qoxu molekullarının reseptorlarla birləşmələriylə qoxu alıcı hüceyrədə olduqca sürətli bir sürü əməliyyat başlayar. Əvvəlcə, G-olf zülalı aktiv vəziyyətə gəlir. Bu zülal, AC fermentini hərəkətə keçirər. AC fermenti, ATP-nin cAMP-ə çevrilməsini sürətləndirir. cAMP hüceyrədəki bir xəbərçidir və silya hüceyrə membranına birləşdirən kanallara bağlanır. Bu vəziyyət, kanalların açılmasına və kalsium ionlarının silyanın içinə girməsini təmin edər.

Kalsium ionlarının girişi, xlorid kanallarının açılmasına və xlorid ionlarının silya xaricinə çıxış etmələrinə səbəb olur. Beləcə, başlanğıcda mənfi yüklü olan hüceyrə yüksüz vəziyyətə keçər və elektrik siqnalı yaranar.

Tək cümləylə yekunlaşdırmaq lazım olsa, bir sıra kimyəvi reaksiyanın nəticəsində elektrik siqnalı ortaya çıxar. Meydana gələn siqnal da hüceyrənin aksonu boyunca hərəkət edərək, qoxu soğancığına çatar.

Bəzi qoxu molekulları da cAMP nisbətinə təsir etməzlər, lakin IP3 (inositol 1, 4, 5-trisphosphate) konsentrasiyasını yüksəldərlər ki, bu da hüceyrədə elektrik siqnalını ortaya çıxaracaq əməliyyatları başladar. Bu hüceyrəvi rabitə xəttinin, reaksiya zəncirinə bağlı mərhələlər hələ anlaşılamamışdır. 28 Buna baxmayaraq, açıq şəkildə aydın olmuşdur ki, kiçicik hüceyrələrdəki xəbərləşmə göz qamaşdırıcı bir dizaynın məhsuludur.

Qoxu hüceyrələrinin bir ucunda bunlar olarkən, digər ucundakı aksonlarda da təəccüblü əməliyyatlar meydana gəlir. Hüceyrədə ortaya çıxan siqnal, akson yolu ilə qoxu soğancığına daşınar. Beyinin ön hissəsindəki qoxu soğancığına çatmaq üçün, 10 ilə 100 arasında akson, bir dəstə meydana gətirər və toplu şəkildə ələk sümüyünün içindən keçər. Dərhal diqqətimizi çəkən, ələk sümüyünün qoxu sinirlərinin keçişinə imkan yaradan dəlikli quruluşudur. Kəllənin bu hissəsindəki dizayn, iybilmə sistemindəki bir çox təfərrüatdan yalnız biridir. Əks təqdirdə, sinirlərin bir-birləriylə əlaqə qurmaları, buna görə də, qoxu almaq qeyri-mümkün hala gələcək. Qoxu sistemini təşkil edən bütün təfərrüatların olması, lakin sümüyün keçid verməməsi vəziyyətində belə qoxu almayacaqdıq. Heç şübhə yoxdur ki, bəhs etdiyimiz sistemdəki hər təfərrüatın mütləq bir əhəmiyyəti vardır.

Bu həqiqətləri tək bir cümləylə yekunlaşdırmaq mümkündür: Qoxu hüceyrəsindəki qüsursuz xəbərləşmə hüceyrədəki xüsusi dizaynın nəticəsidir; bu dizayn da yaradılışdakı görkəmin sərhədsiz dəlillərindən biridir.


Bənzərsiz Xəbərləşmə Mərkəzi: Qoxu Soğancığı


Qoxu soğancığı beyinin ön hissəsində, qoxu bölgəsinin və kəlləni təşkil edən sümüyün dərhal üzərində yerləşir. İki qoxu bölgəsinə uyğun olaraq iki qoxu soğancığı mövcuddur; hər birinin böyüklüyü noxud boydadır. Ancaq bu kiçikliyinə baxmayaraq, gördüyü işlər baxımından nəhəng bir xəbərləşmə mərkəzinə və ya bazasına bənzədilə bilər. Qoxu alıcılarından gələn bütün siqnallar əvvəl bu mərkəzdə toplanır. Milyonlarla məlumat yenidən təşkil edilir və buradan da şərh edilməsi üçün, xüsusi qoxu sinirləri vasitəsilə beyindəki qoxu korteksi, hipokampus, amiqdala və hipotalamusa göndərilir. Yəni bu kiçik orqan, milyonlarla qoxu hüceyrəsi arasındakı qüsursuz koordinasiyanın icra olunduğu yerdir. İndi, soğancığın içindəki xəbərləşməni bir az yaxından araşdıraq. Bəhsi keçən koordinasiya mərkəzinin nə səbəblə bənzərsiz olduğu daha yaxşı aydın olacaq.

Soğancığa xəbər gətirənlər qoxu alıcı hüceyrələrdir. Soğancıqdan aldıqları mesajları beyinə daşıyanlar isə mitral hüceyrələrdir və yetkin bir insandakı sayları 50.000-ə yaxındır. Bəhs etdiyimiz iki qrup hüceyrə arasındakı ünsiyyət, soğancıqda yerləşir və "qlomerulus" deyilən rabitə bölmələrində qurular. Dərhal xatırladaq ki, qlobal bir forması olan bu xəbərləşmə vahidinin diametri 0.1 milimetrdir. Tək bir soğancıqda təxminən 2.000 qlomerulus mövcuddur. Hər qlomerulusda, 25.000-ə qədər qoxu alıcı hüceyrənin aksonlar ilə 25-ə qədər mitral hüceyrənin dendritləri görüşürlər.

Yuxarıdakı rəqəmlərə bütövlükdə baxdığımızda isə ortaya daha heyrət verici saylar çıxar. Yəni, milyonlarla qoxu hüceyrəsindən gələn mesajlar on minlərlə mitral hüceyrəyə köçürülür.  Milyonlarla məlumat, bir saniyənin mində bir neçəsi kimi zaman kəsiyində və səhv olmadan hüceyrələr arasında yer dəyişdirir. (Neyronlardakı ünsiyyət fövqaladəliklərinə burada yer verilməyəcək. Bu mövzuda ətraflı məlumat üçün baxın. Hormon möcüzəsi, Harun Yahya, Mədəniyyət Nəşriyyat, 2001) Bundan əlavə, hər bir reseptordan gələn məlumatların qoxu soğancığında toplanması, yenidən nizamlanması və təşkil edilməsi nəticəsində qoxu həssaslığı daha da artır; yəni əvvəlkindən daha mükəmməl bir nəticə əldə edilir. Buradakı xətasız ünsiyyətin nə mənaya gəldiyini belə təsvir edə bilərik: Müəyyən bir məlumatın bir milyon telefon xətti ilə daşındığını və bu xətlərin sayının bir stansiyaya qəflətən minə endirildiyini fərz edək. Belə bir keçid vəziyyətində, orijinal məlumatlarda bir itki və ya səhv olmaması düşünülə bilməz. Nə qədər inkişaf etmiş texnologiya istifadə etsəniz də, bunun qarşısını almaq mümkün deyil. Buna baxmayaraq, qoxu hüceyrələri eyni vəzifəni, yaşadığımız müddətcə qüsursuz olaraq etməyə davam edərlər. Bu bir həqiqətdir ki, qoxu soğancığındakı mesaj nəqli heyranlıq oyandıracaq dizaynın nəticəsidir.

Aparılan son tədqiqatlar, qoxu soğancığındakı bir çox dizayn möcüzəsinin ortaya çıxmasını təmin etmişdir. Qoxu hüceyrələrinin, qoxu soğancığındakı xəbərləşmə vahidləriylə qurduqları əlaqələr çox böyük nizam içində reallaşar. Hər qoxu alıcı hüceyrənin gedəcəyi qlomerulus bəllidir. Digər bir ifadəylə, eyni cür alıcılardan gələn siqnallar müəyyən bir qlomerulusda görüşürlər. Qoxu bölgəsinin fərqli bölgələrindən gələn milyonlarla qoxu hüceyrəsinin hər biri, iki min qlomerulus arasından özlərinə aid olana gəlir. Bu həqiqəti kəşf edən tədqiqatçıların ortaq fikri, fərqli alıcılardan gələn məlumatların son dərəcə təşkil olmuş bir şəkildə yerləşməsidir. Diqqət edin, milyonlarla hüceyrənin hər biri iki min variant arasından özləri üçün tam doğru olanı tapar. Bu vəziyyət, təsadüflərin arxasına sığınmağa çalışan təkamülçülərin xəyallarını bir daha alt-üst edir.

Qoxu soğancığında olan digər hüceyrələr də "periglomerular" və "qranul" hüceyrələrdir. Bunların da mesaj axışının kəsilməsi lazım olan anlarda dövrəyə girdikləri və əngəlləyici rolu oynadıqları düşünülür. Buradakı nəzarət mexanizmləri o dərəcə mürəkkəbdir ki, hələ tam mənasıyla iş sistemi həll edilə bilməmişdir.

İstanbul kimi böyük bir şəhərin telefon şəbəkəsini gözümüzün önünə gətirək. Milyonlarla telefonun bağlı olduğu belə bir şəbəkə özbaşına meydana gələ bilərmi? Telefonların bağlı olduğu mərkəzlər, yəni telefon stansiyaları təsadüfən meydana gələ bilərmi? Hətta təkamülçülərin iddia etdikləri kimi, lazım olan hər cür materialın xammalı bir əraziyə yığılsa və milyonlarla il gözlənilsə, bəhsi keçən rabitə şəbəkəsinin qüsursuz olaraq meydana gəlməsi mümkündürmü?

Sualların cavabları çox açıqdır. Nə qədər gözləsəniz də, nəinki şəhərin telefon şəbəkəsi, tək bir telefon xətti belə ortaya çıxmaz. Çünki telefon şəbəkəsi dizayn və mühəndislik əsəridir; həssas ölçü və hesablarla planlanmış, nizamlanmışdır.

Bunun xaricindəki hər açıqlama cəfəngiyatdan ibarətdir. Eyni şəkildə, qoxu soğancığının son dərəcə kompleks quruluşunu kor təsadüflərlə açıqlamağa cəhd etmək də son dərəcədə ağılsız davranışdır.

Qoxu soğancığındakı xəbərləşmə əsnasında ən kiçik bir qarışıqlığa yol verilməməsi, əlbəttə heyranlıq verici yaradılış həqiqətidir. Bu qüsursuz sistemi var edən, hər cür incəliyini insanlara bir nemət və lütf olaraq yaradan aləmlərin Rəbbi olan Allahdır. Bunun əksini iddia edib, bu sistemdəki mükəmməl dizaynı özbaşına və kor təsadüflərə bağlayan kəslər üçün isə artıq deyiləcək bir söz qalmamışdır. Çünki yaradılış həqiqəti bütün dəlilləriylə açıq-aşkardır.

Belə bir iddiada olan adamın vicdanı korlaşmış, ağıl və məntiqi tamamilə qapanmış, özünü həqiqətləri qəbul etməməyə şərtləndirmişdir. Quranda iman edənlərin bu anlayışa sahib insanlara bu şəkildə xitab etdikləri bildirilir:


"... “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! (Kəhf surəsi, 37-38)

"Qoxu Əlifbası"


90-cı illərdə tədqiqatçılar burnumuzdan 1000-ə yaxın müxtəlif qoxu reseptoru olduğunu təyin etmişlər. Bu vəziyyət, elm adamlarını olduqca təəccübləndirmişdir. Çünki iybilmə sistemindəki reseptor müxtəlifliyinin görmə, eşitmə və dadbilmə sistemlərindəki ilə müqayisədə qat-qat çox olduğu ortaya çıxmışdır. Həmçinin, onsuz da bir çox məchullarla dolu olan suallar siyahısına bir yenisi daha əlavə olunmuşdur. İlk anda ağıla gələn suallardan biri belədir: Necə olur ki, yalnız 1000 fərqli reseptorla, 10.000-dən çox fərqli qoxunu qəbul edə bilirik?

Bu sualın cavabını araşdıran amerikalı və yapon mütəxəssislər, 1999-cı ildə, qoxu sisteminin iş sistemi haqqında bəzi əhəmiyyətli kəşflər əldə etdilər. Bu tədqiqatın nəticələrinə görə, bir qoxu reseptoru, müxtəlif qoxu molekulları ilə əlaqə qura bilir və bir qoxu molekulu fərqli qoxu reseptorlarını hərəkətə keçirir. İşlərin davam etdirilməsiylə, qoxu sistemindəki xüsusi bir mexanizmin varlığı gün işığına çıxarıldı. Bəhsi keçən tədqiqatçılardan biri olan Linda Buckun ifadəsiylə, bu mexanizm xüsusi bir əlifbadır.38

Bilindiyi kimi, gündəlik həyatda istifadə etdiyimiz sözlər və cümlələr hərflərdən meydana gəlir. Məsələn, digər insanlarla ünsiyyət qurmaq üçün Türk əlifbasındakı 29 hərfi istifadə edərik. Hərflər, tək başına hər hansı bir məna ifadə etməzlər; ancaq müəyyən formalarda düzülərlərsə ortaya mənalı bütövlük çıxar.

Bənzər şəkildə, iybilmə sistemində də reseptorlardan ibarət bir əlifba istifadə edilir. Digər bir ifadə ilə 1000 fərqli reseptor, 1000 fərqli hərfi təmsil edər. Qoxu bölgəmizdə hər qoxunun qarşılığı olan bir reseptor yoxdur; bunun yerinə fərqli qoxu molekulları müəyyən reseptorları xəbərdar edərlər. Bunlar da qoxu soğancığındakı müəyyən qlomerulusları hərəkətə keçirirlər. Meydana gələn qoxuya xüsusi kombinasiya, qoxunun kodunu yaradır. Misal olaraq, A qoxusu, qoxu soğancığındakı 23, 246, 456, 799 nömrəli; B qoxusu isə 382, 573, 684, 812, 1245 nömrəli xəbərləşmə bölmələrini xəbərdar edər. Məhz bu iki fərqli kodlaşdırma, beyindəki qoxu korteksinə iki ayrı qoxu kimi qavranılır. Kiçik bir riyazi hesab, milyonlarla fərqli qoxunu ayırd edə bilən bir mexanizmə sahib olduğumuzu göstərir.

"Mətbəx vanil iyi verir" cümləsinin mənalı olmasının səbəbi, əlifbamızdakı hərflərin müəyyən bir düzülüşlə yan-yana gəlmələridir. Eyni şəkildə, mətbəxdəki qoxunun "vanil qoxusu" kimi bir məna ifadə etməsi də reseptorların və qlomerulusların müəyyən bir şəkildə xəbərdar edilməsiylə reallaşar.

Beyində olan iybilmə mərkəzi, fərqli qoxu reseptorlarına gələn mesajları toplu olaraq qiymətləndirər; 1000 fərqli reseptorun bir-birləri ilə uyğunlaşmasına görə, "qoxu" olaraq təyin etdiyimiz qavrayış meydana gələr. Yəni hər reseptor, əslində bir mozaikanın hissəsidir və qoxu, mozaikanın bütün parçalarının yerləşməsindən sonra ortaya çıxır.


Professor J. Leffingwell reseptorların müəyyən kombinasiyalarda birləşərək beyində qoxu hisslərini doğurmalarını, hərflərin sözləri, notların musiqi əsərlərini və ya ikili kodu kompyuter proqramlarını meydana gətirmələrinə bənzədir. Əlbəttə, hər yeni elmi inkişaf kimi, bəhsi keçən kəşf də təkamülçülər baxımından böyük məyusluqdur. Çünki hərflərdən Şekspirin bir əsərinin və ya notlardan Motsartın bir bəstəsinin təsadüfən meydana gəlməsi qeyri-mümkündür. Bunlarla müqayisə edilməyəcək qədər kompleks bir əməliyyat olan, qoxu sistemi əlifbası ilə qoxuların təsadüfən meydana gəlməsi də mümkün deyil. Hətta qeyri-mümkün sözü belə bu vəziyyəti təyin etməkdə qeyri-kafi qalar.

Qaldı ki, təkamülçülərin qoxu reseptorlarının təsadüflərlə meydana gəldiyinə inanmaları belə, onları içində olduqları çətin vəziyyətdən qurtarmır. Çünki bunlar təxminən 1000-ə qədər gen tərəfindən idarə edilir. Daha açıq ifadə etmək lazım olsa, qoxu reseptorları bəhs etdiyimiz genlərdə daha əvvəldən kodlaşdırılmış bir plan istiqamətində hazırlanır. Və qoxu reseptor genləri 20-ci xromosom və Y xromosomu xaric bütün xromosomlara dağılmış vəziyyətdədir. Tək bir qoxu reseptoruna aid genetik kodlar belə özbaşına və ya təsadüflər nəticəsində meydana gəlməsi mümkün deyil. XX əsrdən əvvəl yaşamış və kompyuter nədir bilməyən ağıllı və şüurlu bütün insanlar toplansalar adi bir kompyuter proqramını yaza bilməzlər. O halda kor və şüursuz atomların, çiçəklərin, meyvələrin və saysız kimyəvi maddənin qoxusunu qəbul edəcək reseptorların genetik şifrələrini yazmaları gözlənilə bilərmi?

Şübhəsiz ki, xeyr! Qoxu reseptorları, qoxu hüceyrələri, iybilmə sistemi və bunları idarə edən genlər, onları yaradan bir Yaradıcı olmadan əsla var ola bilməzlər. Bu Yaradıcı, "göylərin, yerin və bu ikisi arasında olan hər şeyin Rəbbi" (Şuəra surəsi, 24) olan Allahdır.


Qoxu Sinirlərindəki Möcüzəvi Əlaqə


Qoxu sinir hüceyrələrini digər neyronlardan ayıran əhəmiyyətli bir xüsusiyyət vardır. Beynimizdəki yüz milyard neyron həyatımız boyunca yenilənməzkən, burnumuzdakı milyonlarla qoxu alıcı hüceyrə orta hesabla 45 gün yaşayar. Bu müddətin sonunda ölənlərin yerlərini yeniləri alır. Yeni qoxu hüceyrələrinin inşa edildiyi yer də, qoxu bölgəsindəki bazal hüceyrələrdir. Bazal hüceyrələr sanki qoxu hüceyrəsi fabriki kimi işləyir; daimi və nizamlı istehsal edərlər.

Kəllənin şiddətli bir zərbə aldığı bəzi hallarda da, məsələn, bir yol qəzasında, qoxu sinirləri kəlləni təşkil edən sümüklərdən ələk sümüyünün arasında sıxışıb qopa bilər. Əgər meydana gələn zərbə böyük deyilsə, yeni hüceyrələr vəzifəni təhvil alırlar və beləcə, ola biləcək iybilmə itkisinin qarşısı alınar. Bir çox hadisədə qoxu duyğusunun yenidən qazanıldığı müşahidə edilmişdir.


Yaxşı, necə olur ki, yeni hüceyrələr yerləşmələri lazım olan yerləri heç çaşmadan, səhv etmədən bilirlər? Necə olur ki, qoxu bölgəsindəki tam hədəflərinə çatarlar? Necə olur ki, yeni qoxu reseptorları, köhnələrinin qoxu molekulları ilə qurduqları ünsiyyəti heç bir itkiyə və səhvə yer vermədən eynilə davam etdirərlər? Necə olur ki, reseptorlar ilə qoxu soğancığı arasındakı rabitə şəbəkəsi əskiksiz və xətasız bir şəkildə təkrar qurulur?

Bu və bənzəri sualların cavabları elm dünyasında böyük bir maraq və tədqiqat mövzusudur. Hal-hazırda bilinən, hüceyrələr arasındakı göz qamaşdırıcı mexanizmlərin mövcudluğu; bilinməyən isə bəhs etdiyimiz mexanizmlərin təfərrüatlarıdır. Diqqət edin, təxminən hər 45 gündə bir milyonlarla qoxu hüceyrələri tamamilə dəyişər. Ancaq siz, gülün qoxusunu yenə gül olaraq, portağalın qoxusunu yenə portağal olaraq hiss edərsiniz. Qoxu hüceyrələrindəki dövrü təslim etmə əsnasında hər hansı bir səhv olsaydı, bir çox qoxunu səhv qəbul edə bilər və ya bilməyə bilərdiniz. Meydana gələcək mümkün qarışıqlığı düzəltməniz də mümkün ola bilməyəcəyi üçün, qoxu hissiniz sizi həmişə aldadar və böyük bir çətinlik qaynağı ola bilərdi. Ancaq belə bir şey əsla olmaz. Yeni sinir hüceyrələri, vəzifələrini əskiksiz davam etdirərlər.

Burada olduqca təəccüblü olan bir başqa nöqtə də, yeni qoxu sinirlərinin qoxu soğancığına gedən yolu xətasız tapa bilmələridir. Burunda və beyində hər hansı bir istiqamət lövhəsi yoxdur; yeni hüceyrələrin yol soruşub öyrənməsi də mümkün deyil. Qoxu sinirlərindəki əlaqələrin həyatımız boyunca, heç bir səhvə yer verməyəcək şəkildə yenilənməsinin ehtimal edilən hesablarla açıqlanması da mümkün deyil. Milyonlarla qoxu sərhədinin aralarındakı əlaqələrin təsadüfən qurulduğu şəklindəki bir iddianın isə, İstanbul kimi böyük bir şəhərin telefon sistemini təşkil edən naqillərin külək, şimşək və təsadüflərlə xətasız çəkilməsi iddiasından heç bir fərqi yoxdur. Heç şübhəsiz ki, bunlar, sonsuz bir elm və qüdrət sahibi olan Rəbbimizin qüsursuz yaratmasının və bənzərsiz sənətinin dəlilidir. Qoxu sistemini təşkil edən hər bir parça, hər bir hüceyrə, hər bir molekul və hər bir atom yaradıldığı ilk gündən etibarən onu yaradan sonsuz elm və ağıl sahibi Allahın ilham etdiyi şəkildə hərəkət edir. Allah hər birinə necə hərəkət etməli olduğunu bütün təfərrüatlarıyla, anbaan bildirir. Bu həqiqət bir Quran ayəsində belə açıqlanır:


Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)


 << Geri